Oktyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunan “Köçkünlərin həsrəti” filmi nümayiş etdirilib.
Universitetin rektoru, akademik Kamal Abdulla tədbirin Prezident İlham Əliyevin imzaladığı “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. Azərbaycan ictimaiyyətinin müvafiq Sərəncamı böyük bir mənəvi razılıq hissi ilə qiymətləndirdiyini vurğulayan rektor deyib: “Bu gün biz almanların əslində Azərbaycana köçürülməsini, o tarixin müxtəlif mərhələlərini izlədikcə, öyrəndikcə, alman xalqının həyatındakı bu səhifəni mənimsədikcə, eyni zamanda, özümüzü də daha yaxşı tanımaq imkanına malik oluruq”.
Ekran əsərində bir çox gözəl məqamlara toxunulduğunu qeyd edən K.Abdulla deyib: “Filmdə almanların Azərbaycana köçürülməsinin 200 illiyini unutmayan alman xalqı ilə bu məqamı öz xatirəsində yaşadan azərbaycanlılar sanki bir-birlərinə doğru addım atırlar". Rektor vurğulayıb ki, alman əsirlərinin məhrumiyyət dolu həyatı bir növ Bakıdakı binalara həkk olunub. “Alman xalqı ilə əlaqələrimizin 200 illiyini qeyd etdiyimiz zaman elm sahəsində münasibətlərimizin inkişafının da həyəcanını yaşayırıq, “Kitabi-Dədə Qorqud” dastanını “Nibelunq nəğmələri” ilə müqayisə edirik”, - deyə K.Abdulla bildirib.
Almaniyanın ölkəmizdəki səfirinin daimi nümayəndəsi Fereza Şönfeld 200 il bundan əvvəl Azərbaycana gələn almanların böyük rəğbətlə qarşılandıqlarını və bunun sayəsində onların burada uzun müddət yaşadıqlarını bildirib. Ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu deyən F.Şönfeld Azərbaycanda alman dilinin tədrisinə görə həm ölkə, həm də universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Filmin rejissoru, Əməkdar İncəsənət Xadimi Ziya Şıxlinski lentə aldığı ekran əsərinin mövzusunun seçilməsi ilə bağlı xatirələrini bölüşüb.
Tədbirdə, həmçinin ADU-nun xarici dillər kafedrasının dosenti Lətifə Qurbanovanın “Kiçik qızın almanlar haqqında təəssüratları”, alman dilinin fonetikası və qrammatikası kafedrasının dosenti Samirə Adışovanın “Almanların Azərbaycanda izləri”, alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanovanın “Müasir dövrdə Azərbaycan-alman əlaqələri (1992-2017)” mövzularında məruzələri dinlənilib.

ADU-nun Mətbuat xidməti