“Rus dilinin səfirləri” BSU-da tədbir keçirib

“Rus dilinin səfirləri” BSU-da tədbir keçirib 13 dekabr 2018-ci il tarixdə “Rus dili xaricdə” layihəsi çərçivəsində “Rus dilinin səfirləri” adlanan Rusiya Federasiyasından gəlmiş könülülər qrupu BSU –da qonaq olmuşlar. Qrup üzvləri rus dilinin və ədəbiyyatının dünyada təbliği və onun öyrədilməsi metodikasını yaymaqla məşğul olurlar. Qrupun rəhbəri Mariya Kuznetsova BSU tələbə və müəllimləri qarşısında çıxış edərək layihənin məqsəd və məramı, qrup könüllülərinin seçilməsi prinsipləri və onların fəaliyyət göstərdiyi ölkələr barədə məlumat verib. Rusiyalı qonaq 30 yaşına qədər gənclərin layihəyə qoşula bilmək imkanlarının olduqlarını, bunun üçün elektron qeydiyyatdan keçməyin vacibliyini deyib. O, seçim qaydaları barədə məlumat verməklə bərabər, bir sıra statistik göstəriciləri də təqdim edib.
M.Kuznesova artıq əksər Orta Asiya respublikalarının layihənin coğrafiyasına qatıldıqlarını bildirib. O, Türkmənistanda, Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda, Özbəkistanda layihə çərçivəsində treninqlər keçirildiyini, tələbə -gənclərə xüsusi metodika əsasında rus dilinin öyrədilməsi sahəsində xeyli iş görüldüyünü qeyd edib. Qrup rəhbəri layihənin təkcə MDB məkanında deyil, digər ölkələri də əhatə etdiyini vurğulatyıb. O, “Biz dünyaya çıxır və rus dilini öyrədirik” proqramı çərçivəsində Türkiyə, Bəhreyn və digər ölkələrdə də artıq qrup könüllülərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Təqdimatdan sonra layihəyə uyğun olaraq “Rus dilində dialoq” intellektual oyununa start verilib. Qeyd edək ki, tədbirdə BSU-nun müəllimləri, Pedoqoji fakültəsinin rus dili müəllimliyi qrupunun tələbələri iştirak ediblər.

BSU-nunMətbuat Xidməti


“Rus dilinin səfirləri” BSU-da tədbir keçirib

“Rus dilinin səfirləri” BSU-da tədbir keçirib

Oxşar xəbərlər