Azərbaycan Dillər Universitetində (ADU) Virtual jurnalistika kafedrasının təşkilatçılığı ilə “Çağdaş jurnalistikamız və ədəbi dilimiz” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri akademik Muxtar İmanov ölkədə öz dəst-xətti olan jurnalistlərlə yanaşı, naşı jurnalistilərin də mövcud olduğunu söyləyib. Mövzu ilə bağlı danışan M.İmanov çağdaş jurnalistikada ədəbi dilin normalarının pozulmasından söz açıb. O, həmçinin dillərin bir-birinə təsirindən bəhs edib.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, jurnalist Rəşad Məcid tədbirin təşkil olunmasını Azərbaycan jurnalistikasına verilən dəyərin göstəricisi kimi qiymətləndirib. Baş redaktoru olduğu qəzetin yaranma tarixindən danışan R.Məcid “525”i Azərbaycan dəyərlərinə xidmət edəcək mətbuat orqanı olaraq yaratdıqlarını söyləyib. O, KİV-də Azərbaycan dilindən istifadə edərkən yol verilən nöqsanlardan söz açıb. R.Məcis səlis danışığa sahib olmaq üçün kitab oxumağın, şeir əzbərləməyin vacibliyini qeyd edib.
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dekanı Elçin Məmmədov dilin ifadə vasitələri və imkanlarından, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Mehriban Əlizadə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticəsi haqqında danışıb.
Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
ADU-nun Mətbuat Xidməti