Qərbi Kaspi Universiteti Beynəlxalq Alpinizm Federasiyası (UIAA) ilə əməkdaşlıq çərçivəsində mayın 9-dan 12-dək Bakıda “Dağlar: Mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” mövzusunda beynəlxalq konfrans təşkil edəcək. Konfransda alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri bir araya gələcək.
Dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı (ağır mədənçilik və sıx əkinçilik) və inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaf bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransda bu məsələlər ətrafında müzakirələr aparılacaq.

Kəmalə Rəhimli