Azərbaycan Universitetində təhsilin dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiyası, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Bunlardan biri də “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities -PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim – Tədris Mərkəzinin (Teaching and Learning Centre) fəaliyyətə başlamasıdır.
Təlim – Tədris Mərkəzi və mərkəzə bağlı elektron laboratoriyanın açılışına həsr olunmuş tədbirdə Universitet rəhbərliyi, dekanlar, kafedra müdirləri, struktur bölmə rəhbərləri iştirak edib. Tədbirdə iştirakçılara mərkəzin missiyası, məqsədləri, vəzifələri, fəaliyyət istiqamətləri və strukturu haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin missiyası Azərbaycan Universitetində təlim-tədris prosesinin keyfiyyətini yüksəltmək, innovativ və yeni təlim metodlarını tətbiq etmək, təlim və tədris prosesinin tədqiqata söykənməsini təmin etmək yolu ilə universitetin kadr və elmi potensialının artırılmasına müsbət töhfələr verməkdir. Mərkəz tərəfindən müəllim və tələbə heyəti üçün zəruri təlim və seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant və doktorantlar üçün uğurlu elmi tədqiqat işinin təşkili və yerinə yetirilməsinin metodlarına həsr olunan seminar və kursların təşkili təmin ediləcək. Eyni zamanda ECDL, PTE Academic kimi beynəlxalq sertifikat kurslarının və imtahanlarının keçirilməsinin təmin olunması da mərkəzin vəzifələri sırasındadır. Mərkəz bu tipli fəaliyyətlərin təşkili üçün “ağıllı” lövhə, elektron sənəd oxuyucu, proyektor, çap qurğusu, monoblok kompüter və notbuk kimi zəngin texniki avadanlıqla təchiz olunub.
Rektor Səadət Əliyeva bildirib ki, mərkəz müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Rektorun məsləhətçisi Əli Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova mərkəzin universitetin elmi nailiyyətlərinin və potensialının artırılmasına verəcəyi dəstəyə diqqət çəkib, Avropadakı tərəfdaş universitetlərdə fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin iş prinsipi haqqında danışıblar.
Qeyd edək ki, PETRA layihəsinin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə 8 Azərbaycan Universiteti – Azərbaycan Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti iştirak edir. Layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universitetidir. Layihənin Avropdan olan tərəfdaşları isə Finlandiyadan Jyvaskyla, Macarıstandan Debrecen, Avstriyadan Vyana Tətbiqi Elmlər, Türkiyədən Qazi universitetləridir.

İctimaiyyətlə əlaqələr şöbəsi