Vladim Məhəmməd oğlu İbrahimov – 1986-cı ildə indiki Gəncə Dövlət Universitetini bitirib. 1986-1989-cu illərdə təyinatla Qəbələ rayonunun Çuxur kənd məktəbində riyaziyyat müəllimi kimi ilk pedaqoji fəaliyyətə başlayıb. Sonralar Sumqayıt şəhərində yerləşən 26 nömrəli tam orta məktəbdə müəllim, 12 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, Sumqayıt Təhsil şöbəsinin metodisti kimi vəzifələrdə çalışaraq Azərbaycan təhsilinin inkişafında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yüksək fəallığı ilə fərqlənib. Böyük təşkilatçılıq bacarığı nəzərə alınaraq təcrübəli və cavadlı təhsil işçisi 2012-ci ilin aprel ayından Sumqayıt şəhərindəki 21 nömrəli tam orta məktəbə rəhbərlik edir.
1970-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən 21 nömrəli tam orta məktəbin məzunlarının xoş sədaları müxtəlif istehsalat sahələrindən gəlir. Ölkəmizin inkişafı naminə təcrübəli müəllimlərin savadından bəhrələnən, yüksək biliklər əldə edən şagirdlər müəllim əməyinə təzim edirlər. Hazırda 1800 şagirdin təhsil aldığı bu məktəbdə 133 müəllim çalışır. Məktəbin direktoru Vladim İbrahimov söhbət zamanı bildirdi ki, məktəbin müəllimləri arasında bir nəfər Tərəqqi medalı, bir nəfər Qabaqcıl təhsil işçisi, bir nəfər Əməkdar müəllim fəxri adları ilə təltif olunanlar, ilin ən yaxşı müəllim müsabiqəsinin qalibləri var. Müəllimlər nümunəvi davranışı, dərin zəkası və biliyi ilə şagirdlərin yüksək tərbiyə almasına, təlimin səviyyəsini qaldırmağa səy göstərir və kamil şəxsiyyət yetişdirirlər. Əvvəlki illərlə müqayisədə ötən tədris ilinin nəticələrini daha uğurlu hesab etmək olar. Məzunlardan 9 nəfər 600-dən yuxarı, 25 nəfər 500-dən yuxarı bal toplayıb, bütövlükdə 87 faizi müxtəlif ali təhsil ocaqlarına qəbul olunub və məktəbin adını ucaldıblar. Məzun Sona Abdullayeva isə məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunubdur. 2018-ci ildə keçirilən respublika fənn olimpiadalarında ədəbiyyat biliciləri müsabiqəsində üçüncü yeri tutan şagirdlər Sona Abdullayeva və Timur Həsənli məktəbə şərəf gətirən məzunlardandırlar. Bu il, yəni 2018-2019-cu tədris ilində məktəbi dörd buraxılış sinif üzrə 79 şagird bitirəcəkdir. Əminliklə demək olar ki, onlar da tələbə adını qazanacaqlar. Çünki şagirdlər ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibləri - təlim-tərbiyə işləri üzrə direktor müavini Diləfruz Mahmudova, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan ibtidai sinif müəllimi Almaz Namazova, fizika müəllimi Lətafət Yusifova, informatika müəllimi Vəfa Allahverdiyeva və başqalarının savadından faydalanaraq dərin biliklərə yiyələniblər. 2009-2010 və 2014-2015-ci tədris illərində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri sırasında Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin də adı var. Bu mükafatın qazanılmasında, həmçinin müxtəlif səpkili yarışlarda, müsabiqələrdə məktəbin qalib gəlməsində, fəxri diplomlara, fərmanlara layiq görülməsində müəllim və şagirdlərin birgə əməyi danılmazdır. Məktəbin müəllim heyəti təhsil islahatında göstərilən müddəaları həyata keçirmək üçün var qüvvəsi ilə çalışır. Şagirdlərin təlim-tərbiyəsinə, təhsilə olan marağının artırılmasına xüsusi diqqət yetirir.
Qabaqcıl təhsil müəssisəsinin direktoru Vladim İbrahimov qeyd etdi ki, bu gün ölkəmizdə təhsilin inkişafına dövlət qayğısı gündən-günə artır. Yeni təfəkkürün yaradılmasına xidmət edən təhsil həm də sağlam cəmiyyət deməkdir. Bu isə böyük şərəf və məsuliyyətdir. Məktəb gənc nəslə bilik verməklə yanaşı yüksək təlim-tərbiyənin müqabilində onları həyatın çətin sınaqlarından üzüağ çıxmağa hazırlayır. Yetişdirdiyi gəncin Vətənə layiqli övlad olduğunu görən müəllim öz əməyinin bəhrəsinə sevinir.
Söhbətimizin sonunda təhsilin inkişafında xidmətlərini əsirgəməyən, təcrübəli direktor Vladim İbrahimov gənc nəslə arzularını, tövsiyələrini bildirərək dedi ki, bugünki nəsl yaxşı təhsil almalıdır. Çünki təhsilin, elmin gücü ilə hər bir millətin, ölkənin gələcəyi parlaq ola bilər. Azərbaycan gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməklə, onlara yüksək bilik verməklə soraqlarını dünyanın aparıcı universitetlərindən eşitmək bir ziyalı kimi mənim də ən böyük istəyimdir. Müstəqil Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin əbədiliyinin qorunmasında, ölkəmizin daha da inkişaf edərək çiçəklənməsində fəallıq göstərən gənc nəslin düzgün tərbiyələnməsi istiqamətində öhdəsinə düşən məsuliyyəti layiqincə yerinə yetirən məktəbin hazırladığı kamil şəxsiyyətlərdir. Parlaq gələcək həqiqətən təhsilin yüksək səviyyəsindən və keyfiyyətindən asılıdır.
Əminliklə demək olar ki, Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin direktoru və müəllim kollektivi daha yaxşı nəticələrə, uğurlara imza atacaq və müəllim peşəsinin müqəddəsliyini uca tutacaqlar.

RƏNA İMANOVA
AJB-nin üzvü
AJB-nin üzvü