UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə UNEC rektoru, professor Ədalət Muradovun əmri ilə 27 fevral - 27 mart tarixlərini əhatə edən “Elm aylığı” keçirilib.
Silsilə tədbirlərlə müşayət edilmiş və müasir iqtisad elminin ən aktual mövzuları müzakirə olunmuş “Elm aylığı” elmin inkişafına diqqət və qayğının nümunəsi olan Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı əsasında keçirilib.
Bu gün UNEC-də İctimai Nəzarət Şurasının üzvü, tanınmış təhsil eksperti prof. Şahlar Əsgərovun iştirakı ilə keçirilmiş tədbirdə Elm və innovasiyalar üzrə prorektor, prof. Sakit Yaqubov Elm aylığı çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verdi.
“Elm aylığı” çərçivəsində aktual mövzuları əhatə edən 22 tədbir keçirilmiş, ölkənin aparıcı alimləri UNEC-in müxtəlif tədris binalarında təşkil olunmuş plenar iclas, dəyirmi masa və təqdimatlara qoşulmuşlar. 27 fevral tarixində “Elm aylığı”nın rəsmi açılış tədbiri ilə başlamış “Elm aylığı” UNEC rektoru, professor Ədalət Muradovun, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadənin, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi akademik Nərgiz Axundovanın, UNEC İctimai Nəzarət Şurasının üzvlərinin və professor-müəllim heyəti iştirak etdiyi açılış tədbiri ilə başlamışdır. Tədbirdə UNEC-də elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində son illər həyata keçirilən işlər, əldə edilmiş nəticələr, nailiyyətlər barədə məlumat verilmişdir. Tədqiqat universitetinə transformasiya hədəfini əsas tutan UNEC-də bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirmiş 22 tədqiqat mərkəzi, Gənc alimlər şurası, UNEC tədqiqat fondu, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti yaradılmışdır. Stimullaşdırıcı tədbirlər nəticəsində UNEC-in professor-müəllim heyətinin “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım müşahidə olunmuşdur. UNEC-in 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56% (43 əsər) son 3 ilin payına düşür.
“Elm aylığı” çərçivəsində “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda keçirilmiş tədbirdə rektor, professor Ədalət Muradov akademik Telman Əliyevin dünya elminə verdiyi töhfələrdən söz açıb. Tədbirdə müasir dövrün bilik iqtisadiyyatına əsaslandığına diqqət çəkən akademik Telman Əliyev, UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislərin hazırlandığını qeyd etmişdir.
“Elm aylığı” çərçivəsində həmçinin AMEA-nın müxbir üzvü, professor Akif Musayevlə görüş keçirilmiş, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi” mövzusunda onun məruzəsi dinlənilmişdir. Məruzəçi xəlvəti iqtisadiyyat, maliyyə sektorunun real sektorla və xidmət sahəsinin maddi istehsal ilə müqayisədə çəkisinin daha böyük olması kimi məqamlara toxunmuşdur.
Aylıq çərçivəsində “2018-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçıları Pol Romer və Uilyam Nordxaus haqqında məruzə” dinlənilmişdir. Məruzəçi UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat Mərkəzinin elmi katibi Rəfail Rzayev 2018-ci il İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Pol Romer və Uilyam Nordhausun həyat və elmi fəaliyyəti haqda ətraflı məlumat verdikdən sonra onların hansı tədqiqatlarına görə Nobel mükafatına layiq görüldüklərini şərh etdi.
“Elm aylığı” çərçivəsində "Yeni elm sahələri-ekonofizika" mövzusuna həsr edimiş tədbirdə yeni elm sahəsi kimi 90-cı illərin ikinci yarısından meydana çıxan ekonofizika ilə bağlı müzakirələri aparılmış, UNEC-də Ekonofizika Tədqiqat Mərkəzinin yaradıldığı və bu Mərkəzə tanınmış alim, professor Şahlar Əsgərovun rəhbərlik etdiyi bildirilmişdir.
Aylıq çərçivəsində “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi”, “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Elmi fəaliyyətin maliyyələşmə sistemi”, "Elmi fəaliyyətin informasiya təminatı və elmi-texniki fəaliyyətin ekspertizası problemləri", “Rəqəmsal iqtisadiyyat: problemlər və perspektivlər”, "Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf tendensiyaları" kimi mövzular müzakirə edilib.
Aylıq çərçivəsində UNEC-in “Meybullayev” İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri, dos. Sərvinaz Xanlarzadə “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müdiri Altay İsmayılov “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: potensial imkanlar və perspektivlər”, Koqnitiv İqtisadiyyat Mərkəzinin direktoru, dos. Mənsur Bərxudarov “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində”, Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri dos. İsmayıl İsmayılov isə “Azərbaycanda əmək bazarının müasir vəziyyəti” barədə məruzə ilə çıxış ediblər.
"Elm aylığı" çərçivəsində UNEC-in Zaqatala filialında "Universitetlərin regionların sosial-iqtisadi inkişafında rolu: UNEC timsalında", Dərbənd filialında "UNEC-in Dərbənd filialı - Rusiya Elm məkanında" və UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində "Kollecdən universitetə keçid: problemlər və perspektivlər" mövzularında dəyirmi masalar keçirilib.
UNEC-in Mətbuat Xidməti