İslamşünas alim Bakı Slavyan Universitetində mühazirə oxuyub

İslamşünas alim Bakı Slavyan Universitetində mühazirə oxuyub Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov Bakı Slavyan Universitetinin tələbələrinə “İslam prinsiplərinin analitik təhlili” mövzusunda mühazirə oxuyub.
İslamşünaslığın tarixindən, islamın din kimi dünya xalqları arasında formalaşmasından, bu dində mövcud təriqətlərdən danışan Əhməd Niyazov ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən İslam dininə və mədəniyyətinə dövlət tərəfindən qayğı və diqqət göstərildiyini vurğulayıb. O bildirib ki, VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan İslam dini qısa vaxt ərzində dünyanın böyük bir hissəsinə yayılıb. Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, İslam dininin yayılmasında da mühüm rol oynayıb: “Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin nümayəndələri təşkil edir. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması İslam dəyərlərinin, həmçinin milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verib.
Ə.Niyazov tələbələri maraqlandıran sualları cavablandırıb, iştirakçılara dini dəyərlərlə bağlı tövsiyələr verib.

BSU-nun Mətbuat Xidməti


İslamşünas alim Bakı Slavyan Universitetində mühazirə oxuyubİslamşünas alim Bakı Slavyan Universitetində mühazirə oxuyub

Oxşar xəbərlər