ADNSU-nun tələbəsi beynəlxalq müsabiqənin qalibi olub

ADNSU-nun tələbəsi beynəlxalq müsabiqənin qalibi olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iqtisadiyyat və menecment fakültəsinin magistrantı İsgəndərbəy Hüseynov Rusiyada IV beynəlxalq intellektual rəqabət müsabiqəsində uğur qazanıb.
İsgəndərbəy Hüseynov “Neft-qaz sənayesində hasilatın azalmasının qarşısının alınmasında müasir innovativ texnologiyaların tətbiqinin riyazi metodla təyini” mövzusunda dissertasiya ilə yarışa qatılıb və birinci yerə layiq görülüb. Onun elmi rəhbəri dosent Kərim Kərimovdur.
Qeyd edək ki, beynəlxalq müsabiqəyə 569 universitetdən elmi iş təqdim olunub.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər