Təhsil müəssisələri müsbətə doğru necə dəyişdiklərini cəmiyyətə göstərməlidir
Müasir dünyamızın başlıca reallıqlarından biri kommunikasiyaların misilsiz dərəcədə inkişafıdır. Cəmiyyətin müxtəlif subyektləri arasında ünsiyyətin getdikcə genişlənməsi həyatın mənzərəsini dəyişir. Təkcə birgəyaşayış şərtlərində deyil, insanların şüurunda da böyük dəyişikliklər yaranır. Bu isə kommunikasiya proseslərində düzgün, çevik və məqsədyönlü iştirak ehtiyacını aktuallaşdırır. İctimaiyyətlə əlaqələrin peşəkar şəkildə qurulması təhsil ocaqları üçün də çox mühümdür. İstənilən cəmiyyətin inkişafı onun təhsilindən başlanır. Məktəb hər bir ailənin, icmanın, ümumən toplumun ən çox ünsiyyət qurduğu, gələcəklə bağlı böyük gözləntilərinin olduğu sosial subyektdir. Bu isə tarixən insanların maarif qaynağı sayılan məktəbi bəzən ayrı-ayrı fərdlərin, qrupların aqressiv münasibəti, sərt ittihamları ilə də üz-üzə qoyur. Ona görə də məktəbin öz müsbət obrazını qoruması və daha da möhkəmləndirməsi, arzuolunmaz hücum və qaragüruhçu ittihamlardan müdafiə olunmasına həmişə ehtiyacı var. Bu yerdə son illər leksikonumuza daxil olmuş “İctimaiyyətlə əlaqələr”, yaxud qısaca PR (Public relations) fəaliyyəti aktuallıq kəsb etməyə başlayır.
PR fəaliyyəti tək biznes qurumlarına, böyük dövlət təşkilatlarına aid deyil. İndi hər bir məktəb də öz PR-ı barədə düşünməlidir. Elə isə əvvəlcə aydınlaşdırmağa çalışaq: müasir təhsil sistemində PR nə deməkdir? Məktəb öz PR-ını necə qura bilər?
Təhsil müəssisəsi üçün PR-ın əhəmiyyəti
Bu suala cavab vermək üçün PR-ın bir neçə tərifinə nəzər salaq. PR pozitiv ictimai rəyin formalaşmasına yönəldilmiş idarəçilik fəaliyyətidir. PR tərəflərin qarşılıqlı anlaşması əsasında ünsiyyət harmoniyasının əldə olunması sənətidir və həmişə konkret məqsədli auditoriyaya yönəlir. Təhsil müəssisələrində savadlı şəkildə qurulmuş “ictimaiyyətlə əlaqələr” hakimiyyət orqanları, ictimaiyyət, valideynlər, pedaqoqlar və şagirdlər tərəfindən məktəbə yüksək etimad formalaşdırır.
Təhsil sahəsində PR-ın təşkilindən danışarkən bu məsələdə ən böyük vəzifənin məktəb rəhbərinin üzərinə düşdüyünü deyə bilərik. Hər bir müasir təhsil müəssisəsinin rəhbəri yetərli sayda əlavə peşələri mənimsəmiş sayılır. Böyük ehtimalla yaxın gələcəkdə bu sıraya PR da əlavə olunacaq. Çünki bu sahədə biliklər təhsil menecerinə istənilən təşkilat və ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulmasına kömək göstərə bilər.
Onu da qeyd edək ki, məktəb üçün PR elə də böyük maliyyə xərcləri tələb etmir. Məktəbin büdcə təşkilatı kimi böyük üstünlüyü də elə bundadır.
Nədən başlamalı?
Təhsil sahəsində müasir PR sisteminin qurulmasında valideynlərlə münasibətlərin tənzimlənməsinə, onların məktəb həyatında fəal iştirakının təmin olunmasına xüsusi əhəmiyyət verilməlidir. Valideyn məktəbə etibar etməlidir. O, sakit və əmin olmalıdır ki, məktəbdə onun uşağına layiqli, keyfiyyətli təhsil verəcəklər. Orada onu incitməyəcək, övladını anlayacaq və dəstəkləyəcəklər. Bu, əslində, belədir, ancaq valideyn bunu hardan bilsin? Bu məsələdə PR ona kömək edəcək. Məsələn, ilk baxışdan çox xırda və əhəmiyyətsiz görünə biləcək detal - mehriban, xoş çöhrəli direktor hər səhər məktəbin qapısında valideynləri, şagirdləri öz ziyalı təbəssümü ilə qarşılayır. Kimsə deyə bilər ki, bu, əhəmiyyətsizdir. Lakin yoxlayın və müsbət effektini görün!
Yaxud hər məktəbin öz himninin, bayrağının, loqo və sloqanının olması... Əgər onların yaradılmasına şagirdlər, müəllimlər və valideynlər də cəlb edilsə, təhsil prosesinin iştirakçıları özlərini bu məktəbin bir hissəsi hesab edəcəklər. Bu cür nüanslar onları birləşdirir, komanda ruhu, korporativ dəyərlər yaradır.
Məktəb saytları PR aləti kimi
Son zamanlar təhsil sahəsində PR-ın ən populyar alətlərindən biri kimi müəssisənin veb-saytı çıxış edir.
Sayt yaratmaqla məktəbin qarşısında duran bir çox problemləri həll etmək olar.
Təhsil müəssisəsi haqqında ən dolğun informasiya təqdim olunmaqla yanaşı, saytdan valideynlər, pedaqoqlar və məktəb administrasiyası arasında daimi əlaqə üçün istifadə etmək mümkündür. Bu hədəflər üçün xüsusi forumlar keçirilə, sorğular, virtual valideyn iclasları və s. təşkil edilə bilər. Saytın hazırlanmasına yalnız peşəkarları deyil, həm də ən yaxşı məktəb saytı müsabiqəsi elan etməklə məktəbliləri də cəlb etmək olar. Eləcə də məktəbin elektron jurnalını buraxmaq, təhsil müəssisəsinin yaxın və uzaq ölkələrin təhsil qurumları ilə əlaqəsini yaratmaq və müxtəlif internet layihələrdə iştirak etmək çox arzuolunandır. Eyni zamanda, bir şərti yaddan çıxarmaq olmaz ki, saytda informasiyalar daim yenilənməli, suallara operativ cavab verilməlidir.
PR texnologiyalarının tətbiqi
Məktəb həyatında müxtəlif müsabiqələr, sərgilər, konfranslar, “dəyirmi masa”lar, idman tədbirləri, klub iclasları, konsertlər, valideyn yığıncaqları və başqaları əhəmiyyətli yer tutur. Bunları PR tədbirə çevirməkdən ötrü onlara aşağıdakı kimi fon vermək lazımdır:
- sosial əhəmiyyət;
- xəbər xarakteri;
- ictimai rezonans.
Məsələn, məktəb ərazisinin mövsümi təmizlənməsi ilə məşğul olmaq, məktəbin həyətində ağac əkmək çox faydalı işdir. Amma bunu, məsələn, “Yaşıl planet” adlandırmaqla məktəb çevrəsində maraqlı bir aksiyaya çevirmək ikiqat faydalıdır.
Bu aksiyalara məşhur insanları, valideynləri, gənclər təşkilatlarının liderlərini dəvət etməklə məktəb həyatı üçün böyük bir hadisə yaratmaq olar. Bundan əlavə, məktəbdə nəzərdə tutulan tədbirin aktiv anonsunu vermək, jurnalistləri cəlb edərək dövri mətbuatda informasiya dərcinə nail olmaq, məktəbin mətbuat mərkəzi tərəfindən məqalə hazırlamaq, şəkillər çəkmək PR effektini artırır. Tədbir iştirakçıları ilə aparılan müsahibələr də tədbirin əhəmiyyətini düzgün qiymətləndirməyə və növbəti tədbirə qədər yeni ideyaların üzə çıxmasına kömək göstərəcək. “Açıq qapı günü” kimi standart tədbirlərə, məzunlarla görüşlərə, valideynlər və ya rayon sakinləri üçün konsertə də PR-aksiya statusu vermək olar.
Uşaqlar müsbət fəaliyyətlərinin böyüklər tərəfindən görünməsini və dəstəklənməsini çox istəyirlər. Bunlar elə fəaliyyətlərdir ki, yalnız qiymətlərlə (qiymətləndirmələrlə) ifadə edilmir. Vaxtilə bu funksiyanı “Şərəf lövhəsi” yerinə yetirirdi. İndi isə bunun müasir formasını da tapmaq lazımdır: “Günün qəhrəmanı”, “Həftənin şagirdi”, “Ayın şagirdi”, “Bizim qaliblərimiz” və s. bu kimi yanaşmalar uşaqlarda böyük motivasiya yarada bilər. Bu cür sistemi hər sinifdə tətbiq etmək lazımdır. Qoy, hər bir şagird burada özünü görsün.
KİV-lə əməkdaşlıq
PR-ın əhəmiyyətli istiqamətlərindən biri də KİV-lə əlaqələrdir. Radio, mətbuat və televiziya - bütün bunlar kütləvi şüura təsirin ən güclü vasitələridir. Jurnalistlərdən qorxmağa dəyməz, onlar əsla təhlükəli insanlar deyil. Jurnalistlərlə dostluq etmək lazımdır. Dünya haradan bilsin ki, sizin çox gözəl, qabaqcıl məktəbiniz, burada müvəffəqiyyətlə təhsil alan şagirdləriniz, onlara dərs deyən peşəkar müəllimləriniz var. Bunu sizin üçün jurnalistlər edəcək. Ona görə də jurnalistlərlə sıx ünsiyyət faydalıdır.
KİV-in diqqətini cəlb etmək üçün məktəb həyatına aid olan xəbərlərin sosial əhəmiyyətini ictimaiyyətə çatdırmaq vacibdir. Belə xəbərlər, əgər onu düzgün təqdim etmək mümkün olarsa, istənilən tədbir ola bilər - son zəng, xarici nümayəndə heyətinin görüşü, müsabiqələr, sərgilər, əmək aksiyaları, muzey işi, hansısa şagirdin parlaq nailiyyəti və s.
Peşəkar jurnalistləri məktəbə dəvət edin. Məktəbdə mətbuat mərkəzi yaradın, axı, ola bilər ki, şagirdlərdən kimsə özü jurnalist olmağı arzu edir, bu, onun üçün də çox gözəl təcrübə olacaq. KİV-ə press-relizlər - hər hansı əhəmiyyətli hadisələrdən və ya tədbirlərdən bəhs edən və çap edilmək məqsədi daşıyan mətnlər göndərin. Müxtəlif PR-mətn formaları arasında məktəbin imicinə xidmət edən məqalələr, müsahibələr, təbriklər, KİV üçün bəyanatlar, təşəkkür məktubları, press-icmal və s. ola bilər. Onların hər birinin müəyyən yazılış və rəsmiləşdirmə qaydaları var.
Yuxarıda qeyd olunanlara yekun vuraraq, onu da bildirək ki, PR təbliğat və pulsuz reklam, yaxud ictimai fikri manipulyasiya cəhdi deyil. Bu, real vəziyyət haqqında məlumat verməkdir. Hazırda kifayət qədər PR-texnologiyalar mövcuddur. Bu barədə çoxsaylı kitablar, məqalələr yazılıb. Onları oxumaq və anlamaq lazımdır ki, bu sistem işləyir və hər bir məktəbə lazımdır. Bir sözlə, dəyişən həyat reallıqları ilə yanaşı, məktəblər də dəyişməli və müsbətə doğru necə dəyişdiyini PR texnologiyalarının gücü ilə cəmiyyətə də göstərməlidir.
Deyilənləri nəzərə alaraq, məktəb sistemində PR texnologiyalarının tətbiqinə dair layihələrin işlənib hazırlanmasını təklif edərdik. Bu layihə çərçivəsində məktəb rəhbərləri ilə təlimlərin keçirilməsi isə hər bir təhsil müəssisəsinin nüfuzunu, bununla da ona etimadı daha da yüksəldər.
Oruc MUSTAFAYEV