Xatirə Hüseynəliyeva: “Xaricdə təhsil aldığımı eşidəndə tələbələrimin maraqları bir qədər də artır”
Hər bir ölkənin inkişafı onun dünya düzənində rəqabət qabiliyyətliliyini müəyyən edən insan potensialının hərtərəfli hazırlığından, intellektual səviyyəsindən asılıdır. Bu mənada ölkə Prezidenti tərəfindən qəbul olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Məhz bu proqram ölkəmizdə yenilikçi, müasir düşüncəli, yüksək hazırlıqlı milli mütəxəssislərin yetişməsində mühüm rol oynayıb. Proqramın ilk məzunları artıq cəmiyyət həyatının müxtəlif sahələrində çalışmaqla Azərbaycanın inkişafında öz töhfələrini verməkdədir. Bugünkü sayımızdan başlayaraq “Dövlət Proqramı məzunları” layihəsində də gənclərimizlə iş yerində görüşməklə onları cəmiyyətə çatdırmağa çalışacağıq. İlk müsahibimiz isə İtaliyada “Sənaye dizaynı” ixtisası üzrə təhsil almış Xatirə Hüseynəliyevadır.
Tanıtım. 7 mart 1991-ci il tarixində Bakıda anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbi bitirib. 2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn ixtisasına daxil olub. 2013-cü ildə akademiyanı bakalavriat səviyyəsində fərqlənmə diplomu ilə bitirib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Milli Aerokosmik Agentliyi (MAKA), Kosmik Cihazqayırma Təcrübə Zavoduna rəssam-konstruktor vəzifəsinə qəbul olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə İtaliyanın Milan şəhərində yerləşən Sənaye Dizaynı Məktəbində (Scuola Politecnica di Design) “Sənaye dizaynı” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2017-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn kafedrasında müəllim vəzifəsində çalışır və bundan əlavə, dizayn işləri ilə də məşğul olur.
- Dizayn aləminə necə gəldiniz?
- Hələ uşaqlıq illərindən ətrafdakı avadanlıqların dizaynı, insanların rahatlığı üçün funksional hazırlanmağı mənim üçün maraqlı olub. Konstruktorların köməyi ilə yeni formalar düzəltmək, yeni obrazlar kəşf etmək maraq obyektim olub və bu marağım məni məhz dizayn ixtisasını seçməyə həvəsləndirib. Nəticədə 2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dizayn ixtisasına qəbul olundum. Akademiyada təhsil aldığım müddətdə dizaynın ən inkişaf etmiş ölkələrindən olan İtaliyada təhsilimi davam etdirmək fikrinə düşdüm. Mənim bu həvəsimi möhtərəm Prezidentimiz tərəfindən təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” reallaşdırdı. Buna görə də mən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına çox minnətdaram. 2014-cü ildə, seçimim zamanı mənə ən çox uyğun olan İtaliyanın dizayn mərkəzi sayılan Milan şəhərində yerləşən Scuola Politecnica di Design Universitetində sənaye dizaynı ixtisası üzrə magistr pilləsində təhsilimi davam etdirdim. Dövlət Proqramı mənim üçün böyük bir şans verdi ki, mən təhsilimi daha da tamamlayım və xaricdə dizayn ixtisasına yiyələnim.
- Universitet seçiminizdə kimlərinsə sizə məsləhəti oldumu?
- Mən əslində hər zaman təhsilimi xaricdə davam etdirmək istəyirdim, sadəcə olaraq xarici universitetlərin təhsil haqları baha olduğu üçün bu sahədə xeyli düşünürdüm. Dövlət Proqramının sonrakı mərhələsində xaricdə təhsil üçün seçilən ixtisasların arasında sənaye dizaynı sahəsini gördüm. Bu, məni çox sevindirdi, artıq mən də dizayn ixtisası üzrə Dövlət Proqramına müraciət edə bilərdim. Çox həyəcanlı idim. Müsahibədən keçməyə də bilərdim, sadəcə olaraq çox qətiyyətli oldum və müraciət etdim. Seçdiyim universitet İtaliyanın Milan şəhərində yerləşirdi. Təbii ki, mən ixtisasımla bağlı araşdırma da aparmışdım. Ali məktəb seçimimin ən düzgün qərar olduğunu düşündüm və ora müraciət etdim, tezliklə proqrama qəbul olundum. Milan İtaliyanın öndə gedən şəhərlərindən biridir. Bu universitetdə mən çox şeyə nail oldum.
- Məsələn, nələrə...
- Ali məktəbə qəbul olanda orada müxtəlif ölkələrdən tələbələr var idi. Mənim bilik və bacarıqlarımın heç də onlarınkından geridə qalmadığını gördükdə, düşündüm ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil heç də zəif deyil.
İtaliyada təhsil aldığım müddətdə təkcə nəzəri biliklər deyil, həm də praktiki biliklərə yiyələnmiş oldum. Dərs aldığım müəllimlər dünyanın aparıcı dizaynerləri idi, onlar hazırda da müxtəlif şirkətlərin dizaynerləridir.
İtaliyada oxuduğum müddətdə ölkənin məşhur “Claudio Bellini” dizayn şirkətində sənaye dizayneri kimi işləmək şansım oldu. Burada mən italyan dizayn üslubuna daha da dərindən yiyələndim. Həmçinin, təhsil aldığım müddətdə Milanda hər il mütəmadi olaraq keçirilən dizayn həftəsində (Salone del mobile ) üzərində çalışdığım layihəmin iki il dalbadal sərgilənməsi (2015-ci il “The Next Supper” adlı sərgidə, 2016-cı il “SaloneSatellite” salonunda) mənim üçün ən yaddaqalan hadisələrdən biri oldu.
- Bu layihə nə ilə bağlı idi?
- Layihə universitetdə işlədiyim mövzulardan biri idi. Tələbə yoldaşımla birlikdə işləmişdik. Biz layihəmizdə dostluğu və birliyi, ölkələrimiz arasında olan oxşarlığı göstərməyə çalışmışdıq. “Bir oturacaq kifayət deyil” (“One Chair is Not Enough”) adlı oturacaq dizayn layihəsi olmuşdu. Layihəm çox yaxşı qarşılanmışdı. Hətta onun ilk prototipini mən Azərbaycanda ağacdan düzəltdirib ora aparmışdım. Onlar üçün çox gözlənilməz olmuşdu ki, azərbaycanlı gənc gəlib bu işi İtaliyada necə də həvəslə yerinə yetirib.
- İtaliyada tədris mühiti barədə nə deyə bilərsiniz?
- İtaliyada təhsil aldığım müddətdə dərslər daha çox praktiki olaraq davam etdirilirdi. Nəzəri biliklərimi, Azərbaycanda bakalavr dövründə öyrəndiklərimi praktik olaraq İtaliyada davam etdirə bilmişdim. Yəni daha çox istehsalatla bağlı işlərimiz olurdu. Yaxşı olardı ki, bizdə də təhsil praktik yönümlü olsun, yəni tələbələr daha çox istehsalatda təcrübə qazansınlar. Bu, gələcəkdə daha hazırlıqlı və savadlı kadrların ortaya çıxmasına kömək edərdi.
- İtaliyadan qayıdandan sonra akademiyada işə başladınız?
- Yox, əslində mən İtaliyadan qayıtdıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübə Zavodunda sənaye dizayneri kimi çalışdım. Azərbaycanda bakalavr təhsilimdən sonra da bu zavodda işləmişdim. Orada işlədiyim müddətdə gördüm ki, praktiki biliklərimin daha da artıq olması üçün mənə məhz magistr təhsili lazımdır. İtaliyada magistr təhsilimi başa vurub vətənə qayıtdıqdan sonra həmin iş yerində çalışmaqda davam etdim. Daha sonra düşündüm ki, bildiklərimi tələbələrlə paylaşsam, daha gözəl olar və Azərbaycanda bir az da olsa Avropa nümunəli təhsilimizi inkişaf etdirə bilərik.
- Neçə ildir ki, müəllim kimi çalışırsınız?
- Artıq 2 ildir ki, akademiyada çalışıram. Tələbələrlə işləmək, onlara nəsə yeni bir şey öyrətmək, daha maraqlı dərslər keçmək mənə zövq verir.
- Sənaye dizaynı barədə bir qədər ətraflı danışaq...
- Sənaye dizaynı ixtisası geniş bir sahədir. Yəni, bura adi kiçik qələmin dizaynından tutmuş, müxtəlif sənaye avadanlıqları, maşınlar, ağıllı telefonlar, elektrik əşyaları, hətta təyyarələrin dizaynı aiddir. Müxtəlif reklam bilbordlarının, pilonlarının konstruksiyası, məhsulların qablaşdırılması da misal ola bilər. Sənaye dizaynerləri yalnız əşyanın görünüşü yox, onun funksiyasının, keyfiyyətinin artırılmasını, istehsal texnologiyasını da fikirləşirlər. Bir növ əgər memarlar evi dizayn edirlərsə, sənaye dizaynerləri evin içində olan bütün əşyaları dizayn edirlər. Əşyanın ideyasının konsept, ideya eskizindən tutmuş, onun kompüter proqramları vasitəsilə modelləşdirilməsi, vizual görünüşünün yaradılması, prototiplərin hazırlanması və istifadəçilərin ehtiyacının tam şəkildə ödənilməsi üçün ideyaların test edilməsi, bütün bunlar sənaye dizaynerlərinin əsas vəzifələrindəndir.
Əlbəttə ki, sənaye dizaynında insanların rahatlığı əsas götürülməlidir. İqtisadi cəhətdən cəlbediciliyi hesablanmalıdır. Funksionallıq və istifadənin rahatlığı üçün əllərindən gələni etməlidir.
- Ölkəmiz üçün sənaye dizaynı ixtisası nə dərəcədə əhəmiyyətlidir?
- Düşünürəm ki, ölkəmiz üçün sənaye dizaynı ixtisası çox önəmlidir. Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı imkan yaradır ki, sahibkarlar dünyanın ən müasir avadanlıqlarını respublikamıza gətirə bilirlər. Bu avadanlıqlarda yeni və müasir dizaynda məhsullar istehsal etmək üçün sənaye dizaynı ixtisaslı kadrlara böyük ehtiyac var. İxtisaslı dizaynerlərin müasir dizayna uyğun layihələri əsasında istehsal olunan məhsulları asanlıqla dünya bazarında satışa çıxarmaq olar.
- Tələbələriniz dərslərinizə maraq göstərirmi?
- Tələbələrim əslində çox həvəslidir. Xaricdə təhsil aldığımı eşidəndə maraqları bir qədər də artır və sualları çox olur. Daha çox öyrənmək istəyirlər, çalışırlar. Gələcəkdə yaxşı mütəxəssis olmaq üçün əllərindən gələni edirlər.
- Tədris etdiyiniz fənn barədə nə deyə bilərsiniz?
- Hazırda Akademiyanın dizayn ixtisasında təhsil alan tələbələrə “Dizaynın əsasları”, əsas ixtisaslaşma fənni olan “Sənaye dizaynı”nda “Layihələndirmə və maketləşdirmə”, “Layihə qrafikası və rəngli kompozisiya” fənlərindən dərs deyirəm. “Dizaynın əsasları” fənni bir növ dizaynın əlifbasını öyrədir, dizaynın elementləri, prinsipləri, forma və rənglər haqqında anlayışdır. “Sənaye dizaynı”nda “Layihələndirmə” fənnində tələbələr hər bir dizayn əşyasının forma axtarışından tutmuş, onun materialının seçilməsi, hansı üsulla, texnologiya ilə hazırlandığını, ölçüləri, ən əsası insan üçün funksional olmağını öyrənirlər. Maketləşdirmə fənni əsas layihənin müxtəlif materialların köməyi ilə maketinin, modelinin hazırlanmasını, “Layihə qrafikası və rəngli kompozisiya fənni”ndə isə layihənin hazırlanması üçün material və rəng effektlərinin verilməsi üsullarını öyrənirlər.
- Bir müəllim kimi tələbələriniz barədə nə deyə bilırsiniz?
- Bakalavr təhsili aldığım 10 il bundan əvvəlki dövrü götürsək, indiki birinci kurslarda çox fərq görürəm. Əlbəttə ki, dizayner elə bir sənətdir ki, daim inkişaf edir. Daim yeniliklərdən, trendlərdən xəbərin olmalıdır. Tələbələrin doğrudan da buna can atması və dizaynı dərindən öyrənməsini müşahidə edirəm. 10 il əvvəlki tələbə ilə müqayisə etsək, əlbəttə ki, qabağa getmişik.
- Bəs, müdafiə sənayesi üzrə hansı layihəniz olub?
- Bəli, mən həm də kosmik cihazların təcrübə zavodunda sənaye dizayneri kimi çalışıram. Orada üzərində çalışdığım bir işi nümunə göstərə bilərəm. Lahıcda təbii qazın verilməsi zamanı açılış mərasimində məşəlin dizaynını mən vermişdim. Ümumi qərara görə Lahıc misgərlik işlərinə görə məşhur olduğu üçün oradakı misgərlər həmin məşəli yığmışdılar.
- Bəs oradakı işinizin xüsusiyyəti necədir?
- Əlbəttə ki, sənaye dizaynerləri, bayaq qeyd etdiyim kimi, görünüşü vermir. Yəni tam eskizdən başlamış son məhsula qədər prototiplərin, maketlərin hazırlanması bu işlərlə daim əlaqədar olur. Bu zaman onların köməyinə həm də mühəndislər gəlir. Onlar sənaye dizaynerləri ilə birgə sondakı avadanlığı daha məqsədəuyğun dizayn edirlər.
- Xaricdə oxumaq istəyən tələbələrimizə hansı tövsiyəniz var?
- Tələbələrə tövsiyəm bu olardı ki, dil biliklərinə diqqət yetirsinlər. İtaliyanı seçərkən mənim gözləntim belə olmuşdu ki, yəqin ingilis dilini bilirlər, ancaq ingilis dilində elə də yaxşı danışmırlar. Amma düşünürəm ki, magistr təhsili almaq üçün xaricdə təhsili davam etdirmək əhəmiyyətlidir. Xaricdə təhsilə nəzər salsaq orada, əlbəttə ki, müəllim-tələbə münasibətləri bir az daha sərbəstdir. Orada təhsil aldığım universitetdə ciddi qaydalar var idi, hər zaman dərsdə iştirak etmək lazım idi. Əgər tələbə çalışqandırsa, səhərdən axşama kimi çalışır ki, sonda yaxşı nəticə olsun, yaxşı qiymət alsın.
- Yaşayış mühiti necə idi?
- Yəqin ki, tələbələri bu sual da maraqlandırır ki, xarici universitetə qəbul olduqdan, oraya gedəndən sonra harada yaşamalıyam - ayrıca ev tutmaq və ya yataqxanada qalmaq məsələsi maraqlıdır. Düzdür, yaxşı olardı ki, yataqxana olsun. Bu, maddi cəhətdən həm də tələbələrə köməkdir. Ancaq təəssüflər ki, bizim universitetin yataqxanası olmadığına görə mən proqram üzrə İtaliyada təhsil alan başqa bir azərbaycanlı tələbə ilə ev tutmuşduq, birlikdə qalırdıq. Onu da deyim ki, İtaliya mətbəxi bizə yaxındır. Milan şəhərinin özünün gözəl abidələri, havası çox xoşuma gəlirdi. Əslində italyanlarla azərbaycanlılar arasında nəsə bir oxşarlıq var, bunu çox deyirlər. Mədəniyyət cəhətdən, insani keyfiyyətlər baxımından bizə yaxındırlar, buna görə də onları çox bəyəndim. Xaricdə oxuyan bütün tələbələrə və orada təhsil almaq arzusunda olanlara uğurlar arzulayıram. Ümid edirəm ki, doğrudan da xaricdə təhsil alıb öz sahələrinin yaxşı mütəxəssisləri olacaqlar.
- Yaxşı mütəxəssisi necə hazırlaya bilərik?
- Düşünürəm ki, gənclərin daim yeni biliklərə yiyələnməsi vacibdir. Dizayn elə bir sənətdir ki, daim yeniliklərdən, trendlərdən xəbərdar olmaq vacibdir. Və bir çox ölkələrin dizayn üslublarını öyrənmək onların dizayn prosesini bilmək tələbənin özünün gələcəkdə ayrıca dizayner kimi formalaşmasına müsbət təsir göstərir. Fikrimcə, təhsil proqramımızı birbaşa istehsalatla birgə qursaq, başqa sözlə, tələbələri istehsalatda çalışdırmaqla, onlara dizayn prosesi ilə yaxından tanış edən təcrübə proqramlarında iştirak etmək şansı yaratsaq, yüksək ixtisaslı kadrlar hazırlaya bilərik.
- Gələcək hədəfləriniz.
- Yeni dizaynlar üzərində araşdırmalar aparıram, müxtəlif dizayn layihələri üzərində çalışıram. Hədəfim yeni dizaynlarımı beynəlxalq sərgilərə çıxartmaqdır. Bununla bərabər, pedaqoji fəaliyyətimi davam etdirmək fikrindəyəm.

Oruc MUSTAFAYEV