“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “Təhlükəsizlik Günü” keçirilib. Toplantı çərçivəsində “Gəmiçilikdə təhlükəsizliyə və sağlamlığa göstərilən diqqət”, “Baş vermiş təkrarlanan hadisələr”, “Hadisələr niyə araşdırılmalıdır”, “Nümunəvi liderlik”, “Elektronlaşmanın müsbət təsiri” mövzularında məruzələr edilib, ətraflı fikir mübadiləsi aparılıb.
Öncə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli geniş məruzə ilə çıxış edib. O, Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib. Bildirib ki, Gəmiçilikdə təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və bu tələblərə hər bir əməkdaş əməl etməlidir.
Elektronlaşmanın müsbət təsirlərindən danışarkən isə dəniz üzgüçülüyünün təhlükəsizliyi məqsədilə gəmilərin elektron xəritələrlə təchizatını xatırladıb. Ələkbər Əzizlinin sözlərinə görə, belə yeniliklər gələcəkdə də davam etdiriləcək.
Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini Rövşən Dəmirov baş vermiş təkrarlanan hadisələr barədə məlumat verib. Görülən tədbirlər hesabına son dörd ildə belə hadisələrin sayında azalma olduğunu qeyd edib. O, müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin mühüm rol oynadığını xüsusilə diqqətə çatdırıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müşaviri, tanınmış kapitan Titos Giannakakis çıxışında nümunəvi liderlik məsələsinə diqqət çəkib. Peşəkar kapitan bu məsələdə toplantı iştirakçıları ilə şəxsi təcrübəsini bölüşüb. Bildirib ki, hər bir dənizçinin liderlik qabiliyyətinə malik olması əsas şərtlərdəndir və bu, çətin anlarda köməyə gələn həlledici faktordur.
Bundan başqa, Titos Giannakakis təlimlərin əhəmiyyətindən də danışıb. Gəmiçiliyin rəhbəri Rauf Vəliyevin təşəbbüsü ilə belə treninq və məşğələlərin mütəmadi təşkilinin təqdirəlayiq olduğunu vurğulayıb.
Sonda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, bütün heyət çalışmalı, təhlükəsizlik mədəniyyəti barədə daha çox öyrənməli və öz təcrübəsini digərləri ilə bölüşməlidir. Çünki, təhlükəsiz iş şəraitini təmin etmək əsas vəzifələrimizdəndir.
Toplantının sonunda müvafiq videoçarxlar nümayiş olunub, digər çıxışlar dinlənilib, rəy və təkliflər öyrənilib.
Tədbir çərçivəsində rəhbər heyət Gəmiçiliyin tabeliyində olan “Bibiheybət” Gəmi Təmiri Zavoduna da baş çəkib və müəssisədə təhlükəsiz iş şəraitini müşahidə edib, öz qeydlərini bildiriblər.
http://seanews.az/2017/05/g%C9%99micilikd%C9%99-t%C9%99hluk%C9%99sizlik-gunu-kecirilib/
ADDA-nın Mətbuat Xidməti