Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində elmi şuranın iclası keçirilib.
Fakültə dekanı, dosent Mirağa Əhmədov 2018/2019-cu tədris ilinin yay imtahan sessiyasının gedişi haqqında məlumat verərək, bəzi statistik məlumatları şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, 2018/2019-cu tədris ilinin yay imtahan sessiyası istər mütəşəkkillik, istərsə də keyfiyyət baxımından yüksək səviyyədə təşkil olunub. Rektorun müvafiq əmri ilə valideynlərdən ibarət imtahana nəzarət şurası yaradılıb, tələbə təşkilatları, eləcə də mentorlar imtahan prosesinə cəlb edilib. Keyfiyyətə gəldikdə isə fakültədə yüksək bal toplayan tələbələrin sayı artıb.
Valideynlərdən ibarət nəzarət şurasının üzvü Vəli Məmmədov çıxış edərək imtahan prosesini mütəmadi izlədiklərini və imtahanların tam şəffaf, obyektiv keçirildiyinin şahidi olduqlarını qeyd edib.
Tədbirdə çıxış edən kafedra müdirləri, valideynlər, tələbələr yay imtahan sessiyasının obyektiv və şəffaf keçirildiyini, yaranan problemlərin operativ həll olunduğunu bildiriblər.
Sonda beynəlxalq mübadilə proqramları ilə xarici ölkələrdə təhsil alacaq tələbələrə təhsillərində uğurlar arzu olunub. Ən yüksək bal toplayan bir qrup tələbəyə sertifikatlar təqdim edilib.
UNEC-in Mətbuat Xidməti