Magistrantlar plagiatla mübarizə barədə məlumatlandırılıb

Magistrantlar plagiatla mübarizə barədə məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistrantlar üçün Plagiat.pl şirkətinin növbəti seminarı keçirilib.
Seminarda universitetin magistratura mərkəzinin direktoru Rövşən Səmədov magistrantlara plagiatla bağlı ümumi məlumat verib.
Şirkətin nümayəndəsi Nərmin Əliyeva isə strikeplagiarism.com saytı, eləcədə plagiatla mübarizədə bir çox universitetlərlə əməkdaşlığın nəticələrinə toxunub, sistemin gənc tədqiqatçıların inkişafındakı rolundan danışıb.
AzMİU-nun elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva plagiat şirkəti ilə ikiillik əməkdaşlıqdan, elmi işlərin, dissertasiya və məqalələrin antiplagiat sistemi vasitəsilə yoxlanılmasından danışıb, gələcəkdə görüləcək digər işləri diqqətə çatdırıb.
Sonra magistrantların sualları cavablandırılıb.

AzMİU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər