Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində “Əylənərək öyrənmək” adlı yeni layihəyə başlanılıb.
Həyata keçirilən layihənin məqsədi tələbələrin dünyagörüşünü daha da zənginləşdirməkdir.
M. Bərxudarov deyib: “Cəmiyyətdə gənclərin az mütaliə etməsi, klassik musiqi dinləməməsi kimi fikirlər mövcuddur. Bu fikirlər gənclərlə böyük nəsil arasında bir uçurum yaradır. İki nəsil arasında bu maneəni qaldırmaq üçün yeni şərtlərə uyğunlaşaraq tələbələrin dünyagörüşünü müasir, fərqli metodlara formalaşdırmaq lazımdır. Bu sahədə dünyada ən çox yayılan metod isə əylənərək öyrənməkdir”.
Əyləncəli oyunda tələbələr sentyabr və oktyabr ayları ərzində yubileyləri qeyd edilən ədəbiyyat və musiqi korifeyləri, milli qəhrəmanlar, ictimai-siyasi xadimlərlə bağlı videoçarxları izləyiblər.
Tələbələrin marağına səbəb olan “Əylənərək öyrənmək” layihəsi hər ay təşkil ediləcək.

UNEC-in Mətbuat xidməti