Demokratik dəyərlərə və humanist prinsiplərə əsaslanan cəmiyyətlərdə yaşından, sağlamlıq durumundan asılı olmayaraq insanlara daim həssas və qayğı ilə yanaşılır. Bu, sadəcə sıradan tədbirlərlə deyil, müvafiq dövlət qanunları, konkret əməli işlərlə müşahidə edilir. Azərbaycan müstəqilliyinə qovuşana kimi də cəmiyyətdə bu istiqamətdə konkret nəticələrin şahidi olub. Belə desək, mental dəyərlərimiz sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə adaptasiyası məsələsində həssaslığını hər zaman qoruyub saxlayıb. Bunun ən böyük nümunəsinin ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərlik etdiyi hər iki dönəmdə şahidi olmuşuq. Ümummilli liderimizin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev isə bu istiqamətdə islahatları yeni çalarlarla zənginləşdirib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda inklüziv təhsilə geniş yer ayrılıb. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda təhsil müəssisələri qarşısında duran vəzifələr müəyyən edilib və konkret məsələlər qoyulub.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 5 ildir ki, fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi bu istiqamətdə çoxşaxəli fəaliyyəti ilə seçilir. AZƏRTAC mərkəzin koordinatoru Sevinc Məhsimovanın müsahibəsini təqdim edir.
-UNEC-də humanist dəyərlərə xidmət edən mərkəz hansı zərurətdən yarandı?
-İnklüziv təhsil cəmiyyətdəki mövqe, status, dil və dinindən, irqindən asılı olmayaraq, hər kəs üçün yaradılan bərabər təhsil imkanıdır. İnklüziv təhsil əlilliyi olan və ya olmayan bütün gənclərin bərabər təhsil almaq hüquqlarını təmin edir. Azərbaycanda inklüziv təhsilə keçid addımlarının icrasına 2005-ci ildən başlanılıb. İnklüziv şəraitin yaradılması və sağlamlıq imkanları məhdud olan tələbələr üçün ali təhsil səviyyəsinin əlçatanlılığının yüksəldilməsi məqsədilə 2013-cü ildə Azərbaycan Dövlət İqtisadi Universiteti Xəzər Universitetinin koordinatoru olduğu “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” TEMPUS layihəsinə tərəfdaş olaraq qoşulub və 2014-cü ildən mərkəzin qurulmasına başlanılıb. Həmin il Azərbaycan Dövlət İqtisadi Universitetində sağlamlıq imkanları məhdud olan 26 tələbə təhsil alırdı. 2015-ci ilin iyulunda UNEC-də İnklüziv Təhsil Mərkəzi rəsmi fəaliyyətə başlayıb. İndi isə UNEC-də sağlamlıq imkanları məhdud 62 gənc təhsil alır.
Bizim mərkəzin əsas məqsədi sağlamlıq imkanları məhdud olan tələbələrin təhsil imkanlarının artırılmasından və təhsilə tam inteqrasiya edilməsindən ibarətdir. Mərkəzdə görmə məhdudiyyəti olan tələbələr üçün Brayl əlifbasında çap edən printer, müxtəlif yazıdan audioformata çevirən kompüter proqramları və s. var. Tələbələr istədikləri vaxt gəlib Mərkəzdə dərslərinə və imtahanlara hazırlaşa bilirlər. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan tələbələrə həm Brayl formatında, həm audio formatda tədris materialları təqdim edirik. Onlara əlavə dərslər keçirilir, imtahan prosesində müxtəlif səbəblərdən iştirak edə bilməyən tələbələr üçün imtahanlar təşkil olunur. Bunun üçün mərkəz bütün lazımi avadanlıqlarla təchiz olunub.
- İnklüziv təhsil istiqamətində qurulan əməkdaşlıq əlaqələri haqqında nə deyə bilərsiniz?
- UNEC-in əməkdaşları daim öz fəaliyyətini təkmilləşdirən, beynəlxalq təcrübəni öyrənən mütəxəssislərdir. Onlar xarici ölkələrdə inklüziv təhsil sahəsində də keçirilən təlimlərdə iştirak edirlər. İnklüziv Təhsil Mərkəzi bu istiqamətdə daim araşdırmalar aparır və öndə gedən xarici təşkilatların təcrübələrini universitetdə tətbiq etmək üçün şərait yaradır. Mütəmadi olaraq dünyanın müxtəlif ölkələrinin təşkilatları ilə əməkdaşlıq qurulur. Böyük Britaniya, Türkiyə, İrlandiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Makedoniya, Polşa, Belarus, Ukrayna və Rusiya kimi ölkələrin universitetləri ilə əməkdaşlığımız var. Rusiyanın inklüziv təhsil sahəsində aparıcı universiteti olan Moskva Dövlət Humanitar və İqtisad Universiteti ilə ikili diplom proqramları tətbiq olunur. Xüsusi qayğıya ehtiyacı olan tələbələr, eyni zamanda, Erasmus proqramları çərçivəsində xarici universitetlərdə təhsil alırlar.
- Mərkəz daha hansı istiqamətlərdə xidmət göstərir?
- Bizim fəaliyyətimizi əks etdirən sosial şəbəkələr var. UNEC-in rəsmi saytında İnklüziv Təhsil Mərkəzi adında bölüm daim yenilənən xəbərləri cəmiyyətə təqdim edir. Radio UNEC-də “İnklüziv təhsil” adında həftəlik veriliş yayımlanır və gənclər arasında maarifləndirmə işi aparılır. Əlilliyi olan tələbələr digər tələbə yoldaşları ilə birlikdə konsert, kino, teatr və gəzintilərə gedirlər. UNEC tələbələri bütün tədbirlərdə iştirak edirlər.
Əsas məqamlardan biri valideynlərlə işdir. Bəzən valideynin dəstəyə daha çox ehtiyacı olur. Mütəmadi olaraq valideynlərlə görüşüb, həmin tələbələr üçün daha yaxşı nələr edə bilərik deyə, gələcək fəaliyyətimizin planlarını müzakirə edirik.
Qeyd edim ki, bizim işimiz inklüziv təhsil imkanları yaratmaqla bitmir. Biz ali təhsil aldıqdan sonra gənclərin sosial həyata davam etməsində onlara dəstək göstərmək, onları imkan daxilində işlə təmin etməyə çalışırıq. Belə ki, respublikanın bir neçə qurumu bizim əlilliyi olan məzunlarımızı işə qəbul edib. Məsələn, 2018-ci il mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib. Bu yarmarka çox ciddi dəyişikliklərə səbəb oldu. Artıq hər bir qurum və təşkilat əlilliyi olan gəncləri işə qəbul edə biləcəyini bilir və bunun üçün imkanlar yaradır.
UNEC İnklüziv Təhsil Mərkəzi respublikanın bir çox təşkilatı ilə birgə müxtəlif layihələr həyata keçirir. Bu geniş fəaliyyətdə, təbii ki, bizə hər addımda kömək edən könüllü tələbələri qeyd etməliyəm. Könüllülər hər zaman yanımızda, hər tədbirdə və işdə bizə dəstək olur və əlilliyi olan tələbələrin cəmiyyətə inteqrasiya olmasında böyük rol oynayırlar.
- Gələcək fəaliyyətiniz hansı istiqamətləri əhatə edəcək?
- Fəaliyyətimizin növbəti mərhələlərində dövlət qurumları, digər tədris müəssisələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi, Mərkəzin fəaliyyətini əks etdirən broşür və bukletlərin yenilənməsi, maarifləndirici təlimlər və görüşlərin təşkil edilməsi nəzərdə tutulur. Bizim Mərkəz daim inkişaf edir. Xarici təşkilatlarla birgə bir neçə layihə hazırlanıb və yaxın zamanda həyata keçirilməyə başlanacaq.
Son olaraq, qürurla qeyd edə bilərəm ki, UNEC inklüziv ali təhsil sahəsində nümunəvi müəssisə olmaq yolunda böyük addımlarla irəliləyir.
Tehsil-press.az