Cenevrə və Həştərxan Universitetlərinin müştərək layihəsi olan “Dayanıqlı su ehtiyatları üzrə təhsil şəbəkəsi”nin ekspertləri - İsveçrənin Cenevrə Universitetinin professoru Vera Slaveykova və Rusiyanın Həştərxan Dövlət Universitetinin professorları Mixail Yeqorov və Olqa Yeqorova elmi mənbələr və tematik məlumat bazasının yaradılması ilə tanış olmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olublar.
Leyla İmanova qonaqlara Mərkəzi Elmi Kitabxananın fəaliyyəti haqqında danışıb. Bildirib ki, kitabxana həm də elmi araşdırmaların nəticələrinin saxlanıldığı bazadır. Kitabxananın fondunda təkcə Azərbaycan dilində deyil, demək olar ki, bütün xalqların dillərində kitablar mövcuddur. Dünyanın əksər ölkələrində kitabxananın könüllüləri fəaliyyət göstərir. Metodik mərkəzin hətta Cenevrə Universitetində könüllüsü var.
Professor Mixail Yeqorov “Su ehtiyatları üzrə təhsil şəbəkəsi”nin yaranma səbəblərindən, şəbəkənin bu günə qədər həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Qeyd edib ki, ekologiya, biomüxtəliflik və Xəzər dənizi hövzəsinin su ehtiyatlarına ətraf mühitin potensial təsir dairəsinin araşdırılması təhsil şəbəkəsinin əsas fəaliyyət istiqamətlərindəndir.
Su mikroorqanizmləri üzrə ekspert Vera Slaveykova “Dayanıqlı su ehtiyatları üzrə təhsil şəbəkəsi” (“Educational network for sustainable water resources”) mövzusunda təqdimatla çıxış edib. O, molekulyar ekotoksikologiya, su bioehtiyatlarının, balıqların, yosunların sənaye miqyasında yetişdirilməsi, akvakultura sahəsində müasir texnologiyaların tətbiq olunması və əldə olunan nəticələrin tədrisi kimi məsələlərə aydınlıq gətirib. Ekspert qeyd edib ki, təbii suların əsas çirklənmə mənbələri sənaye və kommunal çirkab suları, radioaktiv tullantılar, istilik və atom elektrik stansiyalarının isti suları və atmosferdir.
Qeyd olunub ki, dünyada şirin su ehtiyatları azalmağa doğru gedir. Su həyat mənbəyidir, ona görə də su hövzələrinin qorunmasına xüsusi diqqət ayrılmalı, dünya alimləri bu sahədə fəaliyyətlərini birləşdirməlidir. Onlar təqdimatlarında Azərbaycanın su sərvətləri ilə bağlı vəziyyətə də yer ayırıblar. Azərbaycanın Sərsəng su anbarının Azərbaycan əhalisinə və ərazilərinə qarşı iqlim silahı kimi istifadə edilməsi məsələsinə də toxunublar.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az