Parlamentdə üstün mövqeyə sahib olan Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisdə bütün mövqeləri demokratik seçki ilə qazanmaq imkanına malikdir, çünki parlamentdə onun 70 üzvü təmsil olunur. Amma YAP bu məsələdə də demokratik dəyərlərə üstünlük verir.
Onun sözlərinə görə, YAP komitələrdə bitərəf, eləcə də müxalifət partiyalarının nümayəndələri olan deputatların bərabər şəkildə təmsil olunması üçün imkanlar yaradıb. YAP parlamentdə komitələrin formalaşması zamanı komitə sədrləri və sədr müavinləri seçilərkən burada yalnız YAP üzvlərinin deyil, digər partiya üzvlərinin də təmsilçiliyinə şərait yaradaraq onlara səs verib.
M.Qurbanlı əlavə edib ki, Prezident İlham Əliyevin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı gənclərə xüsusi diqqət ayırdı, onlara özünəməxsus tövsiyələr verdi.
YAP icra katibinin müavini əmindir ki, parlamentdə təmsil olunmuş gənc nəslin nümayəndələri bu tövsiyələri özləri üçün bir mayak kimi götürəcəklər və ondan yararlanaraq siyasi fəaliyyətlərində varislik prinsipinə, əvvəlki nəslin təcrübəsinə, Heydər Əliyev yoluna söykənərək bu işləri uğurla davam etdirəcəklər.
M.Qurbanlı Prezidentin Milli Məclisin ilk iclasındakı çıxışını proqram xarakterli nitq sayıb.
Onun sözlərinə görə, bu çıxışda yalnız parlamentdə fəaliyyət göstərən deputatların deyil, bütövlükdə cəmiyyətin qarşısında duran vəzifələr - iqtisadi, xarici siyasət , Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, dinə münasibət, din sahəsində həyata keçiriən işlər, o cümlədən beynəlxalq miqyasda Azərbaycanın haqq səsinin ucaldılması istiqamətində görülən işlər sistemli şəkildə ifadə edildi:
"Prezident öz çıxışında qeyd etdi ki, biz öz haqq səsimizi hər yerdə deməliyik. Azərbaycan haqlıdır və istənilən platformada öz mövqeyini müdafiə etməyə qadirdir".
Tehsil-press.az