Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
Toplantıda Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, YAP üzvləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək: "Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, həmişə olduğu kimi seçki kampaniyasının başlaması ərəfəsində ölkədə siyasi canlanma müşahidə olunmaqdadır. Müxalifətin ayrı-ayrı dəstələri, təbəqələri müəyyən qədər canlanıblar. Siyasi proseslərə özünəməxsus prinsiplərlə qoşulublar. Müxalifətin əhəmiyyətli bir hissəsinin apardığı siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır”.
Ə.Əhmədov qeyd edib ki, son zamanlar müşahidə etdiyimiz odur ki, müxalifət hər bir Azərbaycan vətəndaşında ikrah hissi yaradan yola üz tutur: “Azərbaycanı kobud şəkildə Ermənistanla müqayisə edirlər. Ermənistandakı həyatı başqa bir mənzərə altında təqdim etməyə çalışırlar. Bütün bu fonda Azərbaycan reallıqlarını təhrif edirlər. Bununla da Azərbaycan cəmiyyətində hökumətin apardığı siyasətə inamsızlıq yaratmağa çalışırlar. Onlar Azərbaycandan kənar auditoriya üçün nəzərdə tutulan ikili təbliğat aparırlar ki, hökumətin imici zədələnsin. Hesab edirəm ki, bütün bunların arxasında müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına düşmələri istisna deyil”.
Tehsil-press.az