Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin dili kurslarının tələbələrini və dinləyicilərini ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bədii ədəbiyyat tərcüməçiləri müsabiqəsində iştirak etməyə dəvət edir.
Müsabiqə 1-10 may 2020-ci il tarixlərində poetik əsərin ən yaxşı tərcüməsi nominasiyası üzrə keçirilir
Müsabiqə iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Elegiya" şeirinin Çin dilinə tərcümə edilməsi təklif olunur. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, elan olunan müsabiqənin məqsədi tərcümə fəaliyyəti vasitəsilə tələbələrin intellektual yaradıcılıq potensialının inkişaf etdirilməsi və bədii tərcümə problemlərinə marağın dəstəklənməsidir.
Müsabiqə iştirakçılarının işləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
1. Tərcümənin stilistik savadı;
2. Fərdi üslub və bədii-ifadəli vasitələrin mövcudluğu;
3. Materialın təqdimatının orijinallığı və yaradıcı düşüncənin müstəqilliyi;
4.Orijinal məzmunun ötürülməsinin düzgünlüyü və tərcümənin emosional rənglənməsi.
Müsabiqə iştirakçılarının işləri 10 may 2020-ci ilədək elektron poçt ünvanına qəbul edilir: [email protected].
Bədii tərcümə müsabiqəsinin qalibləri üç dərəcə diplomları və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin bütün iştirakçıları iştirak sertifikatları alacaqlar.
Tehsil-press.az