Bəşəriyyət hər yüzillikdə bir bəla ilə üzləşir ki, XXI əsrin bəxtinə də, görünür, “koronovirus” bəlası hakim kəsilib. Bütün dünyanı iflic halına salan bu epidemiya bəzilərinə dərin kədər, bəzilərinə dözülməz ağrı, bəzilərinə isə ölüm gətirdi. Bütün bunlara görə də mətin dayanmalı, qoyulan qadağalara ciddi riayət etməliyik. Koroğlunun bu iki misrasını bu günlərdə hər kəs qulağına sırğa etməlidir: “Keçər dövran, belə qalmaz. Şad ol, könül, nə məlulsan?” Biz də bu fikirdəyik ki, hər bir şeyin sonu olduğu kimi, bu çətin günlərin də sonu tezliklə gələcək.
Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizdə bu xəstəliyin qarşısı vaxtında alındı və geniş vüsət almasına imkan verilmədi. Martın 3-dən etibarən isə ciddi karantin rejimi tətbiq edildi, tədris dayandırıldı.
Hər kəs fəaliyyətini dayandırsa da, həkimlər bu silahsız müharibəyə qarşı aparılan mübarizədə daim ön cəbhədə çalışırlar. Durmadan çalışan, evdə olub, bir an belə yardımını və elmini bizdən əsirgəməyən bir təbəqə də var ki, öz işlərini şərəflə yerinə yetirməkdədirlər. MÜƏLLİMLƏR!
Təhsil Nazirliyinin tövsiyəsi ilə əksər orta və ali məktəblər məsafədən təhsilə başladı. Bu təşəbbüsə 100 ilin qocaman Bakı Dövlət Universiteti də qoşuldu. İlk başda 20 mindən artıq tələbənin cəlb olunduğu onlayn təhsilin bu qədər qısa zamanda belə mütəşəkkil, aktiv fəaliyyətinə inanmaq bir az çətin idi. Bu, bir ilk oldu. Və öhdəsindən gəlindi!
BDU-nun tələbəsi olduğum Filologiya fakültəsinin müəllimləri bu çətin günlərə sinə gərərək bizi tək qoymurlar. Biz hər gün bir neçə onlayn dərsə qoşuluruq. Doğrusu, içimizdə sanki illərin həsrəti yığılıb. Müəllimlərimiz, tələbə yoldaşlarımız, elmi və ictimai fəaliyyətimizdən ötrü çox darıxmışıq. Bunu hər gün məsafəli dərslərə qoşulanda da hiss edirik. Müəllimlərimiz də öz həsrətlərini dilə gətirirlər...
İlk onlayn dərsə həm müəllimlərimiz, həm də tələbələr maraq dolu həyəcanla qoşulmuşdu. İndi isə hər şey öz axarında davam edir. Universitetdə hər gün neçənci saat, hansı dərsi keçirdiksə, hazırda eyni formada, evdə həmin dərslərə qatılırıq. Bu internet əsrinin bir möcüzəsi hesab edilsə də, böyük zəhmət müəllimlərimizin üzərinə düşür. Onlar hər gün eyni enerji ilə, eyni əhval-ruhiyyə ilə bizə xoş ovqat bəxş edirlər.
“Onlayn dərslər bizə nə verdi və nələri bizə göstərdi?” deyə soruşsalar, tərəddüd etmədən cavab verərdim ki, bizim müəllimlər hər şeyə qadirdilər. Onlayn təhsilin bu qədər tez bir zamanda həyata keçirilməsi bunu bir daha göstərdi. Uzaqdan – məsafəli dərslər bizim karantin günlərimizin gərginliyini azaltdı.
Biz universitet rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür edirik! Sağ olun ki, belə çətin şəraitdə bizi təhsildən ayrı qoymadınız.
Tanrı bu bəladan bütün dünyamızı, xalqımızı, millətimizi, dövlətimizi hifz etsin, bu çətin günlər tezliklə arxada qalsın. Amin!

Məleykə Mirzəli
BDU-nun Filologiya fakültəsinin tələbəsi