Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) proqramının tələbələri qlobal “Biznes strategiya oyunu” onlayn platformasında fərqləniblər.
Ali məktəbin MBA proqramında təhsil alan tələbələr təlimatçı Emin İlyasın tədris etdiyi “İstehsalın və əməliyyatların idarə olunması” fənni çərçivəsində adıçəkilən platformada öz biznes bacarıqlarını nümayiş etdiriblər. Ümumilikdə bu platformadan dünyanın 52 ölkəsinin 494 müxtəlif universitetindən 48000-ə yaxın tələbə yararlanır. Qlobal platformada təşkil edilmiş onlayn oyunda tələbələr komandalar formasında biznesin müxtəlif aspektlərini nəzərə alaraq qərarlar qəbul edir və şirkət idarə edirlər. Komandaların təqdim etdiyi şirkətlər əsasən 4 əmsal - Overall Score (Ümumi göstərici), EPS (Səhmə düşən gəlir), ROE (Kapitalın gəlirlilik göstərcisi) və Stock Price (Səhm qiyməti) üzrə performanslar sərgiləyib müəyyən xal yığırlar.
Qeyd edilib ki, Bakı Ali Neft Məktəbinin MBA proqramının I kurs tələbələrindən ibarət “Eelze” komandası kapitalın gəlirlilik əmsalı (ROE) üzrə bu həftə dünya universitetləri arasında 13-cü yeri tutub. Komandanın üzvləri Tünzalə İmanova (kapitan), Miriş Fəttayev, Eltun Ələkbərli və Firuzə Səfərlidir.
“Biznes strategiya oyunu” onlayn platforması dünyanın müxtəlif universitetlərinin biznes sahəsində təhsil alan tələbələri üçün simulyasiya xarakterli oyunlar təşkil edir. Platforma çərçivəsində tələbələr öz şirkətlərini yaradıb biznes işini, onun idarə edilməsini, yaranmış çətinlikləri simulyasiya edərək öyrənir və nəticədə biznesi real hiss edərək idarəçilik vərdişlərini inkişaf etdirmiş olurlar.
Tehsil-press.az