Rektor Kamal Abdulla: Bütün imtahanlar son dərəcə mülayim şəkildə keçiriləcək

Rektor Kamal Abdulla: Bütün imtahanlar son dərəcə mülayim şəkildə keçiriləcək Bütün imtahanlar son dərəcə mülayim şəkildə keçiriləcək. Apellyasiya komissiyasının sədri kimi buna şəxsən özüm nəzarət edəcəyəm.
Bu fikirlər rektor Kamal Abdullanın tələbə və magistrantlara müraciətində yer alıb. O qeyd edib ki, mövcud şəraitdə yaradılmış bu humanist imkanlardan istifadə etməyən, ümumiyyətlə, imtahansız növbəti semestrə keçmək istəyən tələbələr isə universitet tələbəsi adına layiq deyillər. Bu, müasir dünya təhsil sistemində görünməyən haldır və ali təhsilin ümumi prinsiplərinə birbaşa ziddir. İmtahanların ləğv edilməsi isə universitetin səlahiyyətindən kənar məsələdir. Azərbaycan Dillər Universitetində semestr imtahanlarının keçirilməsi ilə bağlı müvafiq qaydaları əhatə edən əmr artıq Təhsil Nazirliyi tərəfindən imzalanıb universitetə göndərilib.
Rektor vurğulayıb ki, imtahanlar pandemiya şəraitində müxtəlif vasitələrlə tələbələrə öyrədilən biliklərə, keçirilən onlayn dərslərə uyğun təşkil ediləcək. Bundan başqa, tələbələr iyunda keçirilən imtahandan imtina edib avqust-sentyabr ayında təşkil olunacaq icmal dərslərdə iştirak edərək sentyabrda imtahan verə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər