Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin 3 may 2020-ci il tarixli 5 saylı iclasının müvafiq qərarına uyğun olaraq təşkilatın maliyyə dəstəyi ilə ADU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Səddam Laçının ""Sən"in tərifi" adlı şeirlər kitabı çap olunub.
Bu barədə açıqlamasında ADU THİK sədri Şahin Sərdarlı məlumat verib.
Bildirilib ki, kitabın ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məciddir.
ADU-nun ən fəal tələbələrindən olan Səddam Laçın universitetdə fəaliyyət göstərən "Yazarlar klubu"nun sədridir. O, ötən il universitetdə keçirilən "Bir günlük xəlifə" layihəsi çərçivəsində rektor vəzifəsini uğurla icra edib. Səddam Laçın imzası ilə şeir və yazıları mətbuatda silsilə şəkildə dərc edilir.
Məlumatda qeyd edilib ki, ADU THİK bundan sonrakı fəaliyyəti dövründə də yaradıcı tələbələrə də dəstəyini əsirgəməyəcək.
Qeyd edək ki, ""Sən"in tərifi" adlı şeirlər toplusu müəllifin ilk nəşr olunan kitabıdır.
Tehsil-press.az