ADU-nun tələbəsi Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini İndoneziya dilinə tərcümə edib

ADU-nun tələbəsi Əbdürrəhim bəy Haqverdiyevin  hekayələrini İndoneziya dilinə tərcümə edib Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin “İndoneziyaşünaslıq” ixtisası üzrə təhsil alan tələbəsi və hazırda İndoneziya Pedaqoji Universitetində təcrübə keçən Ayşən Əliyeva bu ixtisasın bir neçə məzunu ilə birlikdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini İndoneziya dilinə tərcümə edib.
Prezident İlham Əliyevin Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamı rəhbər tutaraq ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə tərcümə olunan hekayələr toplusu İndoneziya Milli Kitabxanası və bir neçə universitetin rəqəmsal kitabxanasında yerləşdirilib.
Toplu ədibin həyat və yaradıcılığı haqqında məlumatdan və İndoneziya dilinə tərcümə edilmiş “Sarı toyuq”, “Ovçu Qasım”, “Sərçə”, “Hacıleylək” kimi hekayələrdən ibarətdir.
Hekayələrlə aşağıdakı linklərdə tanış olmaq olar.
https://www.perpusnas.go.id/news-detail.php lang=en&id=200601095728gX4HPA2wSF https://www.perpusnas.go.id/webforms/uploads/Abdurrahim%20Bay%20%20Hagverdiyev%20Stories%20in%20Bahasa%20Indonesia.pdf

Tehsil-press.az





Oxşar xəbərlər