Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Aselsan-Bakü” şirkətinin direktoru Özgür Kürümlə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı, şirkət tərəfindən universitetin tələbələrinin cəlb olunduğu təqaüdlü təcrübə proqramında iştirak məsələləri müzakirə edilib.
Özgür Kürüm bildirib ki, proseslərin avtomatlaşdırılması mühəndisliyi, sistem mühəndisliyi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə təhsil alan III və IV kurslardan seçilən 7 tələbənin təqaüdlü təcrübə proqramında iştirakı pandemiya dövrü ilə əlaqədar müvəqqəti dayandırılıb. Lakin gələcəkdə təcrübə proqramı üçün tələbələrin sayının artırılmasına ehtiyac olacaq.
Görüşdə AzTU-nun məzunları olan və hazırda şirkətdə mühəndis vəzifəsində çalışan Əli Məmmədov, Rahil Əliyev, aparıcı mühəndis Müslüm Səmədov tələbələrin “Aselsan-Bakü” şirkətində ixtisaslı kadr kimi hazırlandıqlarını bildiriblər.
Sonda şirkətinin direktoru görüşdə iştirak edən Energetika, elektrotexnika və avtomatika fakültəsinin tələbələrinə tədris prosesində praktiki bacarıqlarını inkişaf etdirə biləcək elektronika avadanlığı hədiyyə edib.
Qeyd edək ki, “Aselsan-Bakü” şirkəti Türkiyənin müdafiə sənayesinin qabaqcıl və lider şirkəti olan “Aselsan A.Ş.”nin 100 faiz sərmayəsi ilə 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir.
Tehsil-press.az