Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Sosial məsafə gözlənilməklə və tibbi maskadan istifadə edilməklə keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev bildirib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir. Döyüşlər zamanı hərbi bölmələrimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Döyüşlər başladığı andan Azərbaycan xalqı birmənalı olaraq Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirdi. Bu vəhdət hər bir Azərbaycan vətəndaşı kimi AMEA əməkdaşlarında da böyük iftixar hissi doğurdu.
Təəssüflər olsun ki, döyüşlər zamanı müdafiənin ön xəttində olan yüksək rütbəli Azərbaycan zabitləri və əsgərləri qəhrəmancasına şəhid olmuşdur.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verilib.
Daha sonra akademik Ramiz Mehdiyev iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına toxunub. O, qeyd edib ki, tədbirdə Prezident dərin məzmunlu nitqlə çıxış edib. Dövlətimizin başçısının qaldırdığı məsələlər Azərbaycan alimləri qarşısında da mühüm vəzifələr qoyub. Alimlərimiz ölkədə baş verən ictimai-siyasi prosesləri daha yaxından izləməli, aktiv vətəndaş-ziyalı mövqeyi nümayiş etdirməli, Prezidentin ölkənin hərtərəfli inkişafına yönəlmiş siyasətinə elmi dəstək verməli, onun təbliği istiqamətində bütün səylərini birləşdirməlidirlər. AMEA prezidenti bu məsələlərlə bağlı müvafiq şəxslərə konkret tapşırıqlarını verib.
Sonra akademik Ramiz Mehdiyev iclasın gündəliyində yer alan bir sıra mühüm elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib. O bildirib ki, iclasda Azərbaycan milli dövlətçilik tarixinin tədqiqi və təbliği, elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın möhkəmləndirilməsi, digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, AMEA-nın elmi müəssisələrinin strukturunun daha da təkmilləşdirilməsi, bir sıra görkəmli alimlərin yubileylərinin qeyd edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Sonra iclasın gündəliyində yer alan ilk məsələ - “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin hazırlanmasının gedişi haqqında məlumat vermək üçün AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyliyə söz verilib. O qeyd edib ki, Azərbaycanın müstəqillik tarixinin öyrənilməsi istiqamətində mühüm bir addım olan çoxcildliyin hazırlanması ilə bağlı işlər ictimai və humanitar elm sahələri üzrə görkəmli alimlərin yaxından iştirakı ilə uğurla davam etdirilir.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyli gündəlikdə növbəti məsələ - AMEA-nın yeni Nizamnaməsi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Nizamnamədə əksini tapan dəyişikliklər AMEA-nın strukturunun təkmilləşdirilməsi, elmi idarəetmənin daha da optimallaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.
Sonra “İrəvan şəhəri - necə varsa” adlı kitabın nəşri barədə məsələ müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli bildirib ki, çağdaş Azərbaycan tarixşünaslığında itirilmiş torpaqların tarixinin daha dərindən tədqiq edilməsi, dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə İrəvan şəhərinin tarixinin real faktlar əsasında yenidən yazılması zərurəti yaranıb. Məsələ geniş müzakirə olunduqdan sonra müvafiq elmi-tədqiqat müəssisələrinin mütəxəssislərini cəlb etməklə “İrəvan şəhəri - necə varsa” adlı monoqrafiyanın hazırlanıb nəşr edilməsi və kitabın konsepsiya layihəsinin təsdiqlənməsi qərara alınıb.
Daha sonra iclasın gündəliyində yer alan digər məsələlərlə bağlı AMEA-nın akademik-katibi Əminağa Sadıqova söz verilib. O, AMEA Rəyasət Heyəti aparatının Əsasnamə layihəsi barədə çıxış edib. Bildirib ki, AMEA Rəyasət Heyətinin vəzifə və funksiyalarının həyata keçirilməsində AMEA Rəyasət Heyəti aparatının mühüm rolu var. Akademiyada elmi-təşkilati fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, elmi tədqiqat işlərinin təşkili, elm və innovasiya sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasında bütün elmi və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi, fundamental və tətbiqi elmi tədqiqat işlərinin monitorinqi, analitik təhlili, yüksəkixtisaslı elmi kadrların hazırlanması, xarici elmi əlaqələrin inkişaf etdirilməsi və s. AMEA Rəyasət Heyəti aparatının əsas vəzifələridir. Belə mühüm vəzifələri yerinə yetirməsinə baxmayaraq, AMEA Rəyasət Heyəti aparatının fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, habelə idarə olunmasının prinsipləri indiyədək heç bir normativ-hüquqi sənədlə müəyyən edilməyib. Bu istiqamətdə normativ-hüquqi tənzimlənmənin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti aparatının Əsasnaməsinin layihəsi hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim edilib. Təqdim olunmuş Əsasnamə layihəsi müzakirə edildikdən sonra qəbul edilib, müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Gündəlikdə yer alan digər məsələ AMEA-nın vəzifə nomenklaturu ilə bağlı olub. AMEA-nın akademik-katibi Əminağa Sadıqov qeyd edib ki, həyata keçirilən bir sıra kadr və struktur islahatları Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturunun təkrar işlənilməsi zərurətini meydana çıxarıb. Rəyasət Heyətinə təqdim olunan vəzifə nomenklaturunun yeni layihəsi müzakirələrdən sonra təsdiq edilib.
Daha sonra akademik-katib Əminağa Sadıqov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə AMEA arasında qarşılıqlı elmi əməkdaşlıq barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində ölkənin təhlükəsizliyinin təmin edilməsi və bir sıra hərbi təyinatlı məhsulların istehsalı istiqamətində elmi tədqiqat işləri həyata keçirilir. Həmin elmi tədqiqatların daha da təkmilləşdirilməsi, AMEA-nın müvafiq elmi müəssisələrinin potensialından daha səmərəli istifadənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə AMEA-nın qarşılıqlı əməkdaşlığının, birgə elmi-innovativ fəaliyyətinin yeni əsaslarla təşkilinə ehtiyac var.
Məsələ ilə bağlı çıxış edən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev bildirib ki, uzun illərdir nazirliklə elmi əməkdaşlıq əlaqələri mövcuddur və birgə elmi layihələr üzərində iş aparılmaqdadır. Lakin effektiv nəticələrin əldə olunması üçün bu sahədə məqsədyönlü koordinasiyaya ciddi ehtiyac var. Bu mənada hər iki qurum arasında əməkdaşlıq əlaqələri üzrə komissiyanın yaradılması olduqca əhəmiyyətlidir.
Məsələ geniş müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə əməkdaşlıq məsələləri üzrə komissiya yaradılıb, müvafiq tapşırıqlar verilib.
İclasda “AMEA-nın məruzələri” jurnalının redaksiya heyətinin təsdiq edilməsi, “AMEA-nın İqtisadiyyat İnstitutunun elmi əsərləri” jurnalının “İqtisadi artım və ictimai rifah” adlandırılması, “Elm tarixi və elmşünaslıq” elmi-nəzəri jurnalının təsis edilməsi, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi adlandırılması, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyinin qeyd olunması, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının strukturunun və ştat cədvəlinin, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının yeni tərkibinin, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi və Daxili nəzarət və audit şöbəsinin əsasnamələrinin təsdiq edilməsi, AMEA-nın İşlər idarəsi tərəfindən 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin oktyabr ayının 1-dək olan dövr üzrə ayrılan büdcə vəsaitlərindən istifadə zamanı yol verilmiş nöqsanlar kimi məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
AMEA-nın vitse-prezidentləri – akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru akademik Əli Abbasov müzakirələrdə rəy və təklifləri ilə yaxından iştirak ediblər.
İclasda bir sıra alimlərin yubileylərinin qeyd edilməsi ilə bağlı məsələlərə də baxılıb. Akademik Həbibulla Şahtaxtinskinin 120, Bəkir Nəbiyevin 90 illik, Akademik Ziyad Səmədzadənin, AMEA-nın müxbir üzvləri Namiq Əliyev və Şahbaz Muradovun 80 illik, Oruc Həsənlinin 70 illik yubileylərinin qeyd edilməsi ilə bağlı qərarlar qəbul edilib.
Sonda kadr məsələlərinə baxılıb. Kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə AMEA prezidentinin köməkçisi, Coşqun Məmmədov AMEA-nın birinci vitse-prezidentinin xidmətində elmi katib, texnika elmləri doktoru Qəmbər Quliyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin ediliblər.
Tehsil-press.az