İlahiyyatçı filosofların azadfikirlilik fəlsəfəsinə həsr olunan monoqrafiya çapdan çıxıb

İlahiyyatçı filosofların azadfikirlilik fəlsəfəsinə həsr olunan monoqrafiya çapdan çıxıb AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, dosent Mətanət Şəkixanovanın “Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub. Monoqrafiyada müəllifin 2009-cu ildən bəri təxminən 10 il ərzində institutda apardığı tədqiqatların bir hissəsi öz əksini tapıb.
Türkiyə, Azərbaycan və Tatarıstanda yaşayıb yaratmış ilahiyyatçı filosofların azadfikirlilik (ictihad) fəlsəfəsinə həsr olunan bu tədqiqatlar müsəlman-türk xalqlarının məfkurə tarixində önəmli bir dövrü əhatə edir. Kitab milli kimliyimizin formalaşmasında İslam amilini qabartmaqla, o dövrün elm və düşüncə insanlarının ideyalarını oxuculara çatdırmaq məqsədi daşıyır.
Kitab filosoflar, dinşünaslar, mədəniyyətşünaslar, tarixçilər, filoloqlar, eləcə də ali məktəblərin tələbə və müəllim heyəti üçün nəzərdə tutulub.
Monoqrafiyanın elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Flera Seyfulina və pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovdur.

Tehsil-press.az

Oxşar xəbərlər