102 gündür COVID-19 qeydə alınmayan ölkədə ilk yoluxma halı

102 gündür COVID-19 qeydə alınmayan ölkədə ilk yoluxma halı Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern bildirib ki, Oklenddə bir ailənin dörd üzvündə koronavirus aşkarlanıb. Bu, son 102 gündə ölkədə qeydə alınan ilk yerli yoluxma halıdır.
Oklend, ölkənin ən böyük şəhəri, çərşənbə günündən cümə gününün gecə yarısına qədər məhdudiyyətlərin üçüncü səviyyəsinə keçiriləcək. İnsanlardan evdə qalmaları xahiş ediləcək, barlar və bir çox digər müəssisələr bağlanacaq. Oklendə giriş şəhər sakinlərinin evə qayıtması halları istisna olmaqla, hər kəs üçün qadağan olunacaq.
Ölkənin qalan hissəsində karantin tədbirlərinin ikinci səviyyəsi tətbiq edilir: kütləvi toplantılar 100 nəfərə qədər məhdudlaşdırılacaq, hər kəs sosial məsafəyə mütləq əməl etməli olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər