İllik dövriyyəsi 70 milyard dollar olan narkobaron saxlanıldı

İllik dövriyyəsi 70 milyard dollar olan narkobaron saxlanıldı Niderland polisi illik dövriyyəsi 70 milyard dollar olan narkobaronu saxlayıb.
Söhbət Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopdan gedir.
57 yaşlı narkobaron Avstraliya hökumətinin sorğusuna əsasən, Sxipxol aeroportunda tutulub. O, saxlanılarkən polisə müqavimət göstərməyib. Hazırda Niderland polisi narkobaronun Avstraliyaya verilməsi məsələsi üzərində işləyir.
Qeyd edək ki, Se Çi Lop dünyada ən çox axtarılan cinayətkarlardan biridir.

Tehsil-press.az



Oxşar xəbərlər