20 ildir bu təşkilatda Azərbaycan nümayəndə heyəti ilə ölkəmizi təmsil edirik. 20 il əvvəl Azərbaycan bu təşkilata üzv olanda, böyük ağrıları var idi, torpaqları işğal altında idi. Bu illər ərzində burada ədalətsizliklərlə üzləşmişik, onun şahidi olmuşuq. Bu illər ərzində ərazilərimizlə bağlı ədalətin bərpa edilməsinə çalışmışıq. Həmişə Avropa Şurasına böyük ağrılarla gəlmişik. Bu gün son dərəcə qürurluyam, əraziləri ilə bağlı ədaləti, ərazi bütövlüyünü bərpa edən ölkənin nümayəndəsi kimi fəxr edirəm.
Bu fikirləri ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurlarının inkişafına dair müzakirədə bəzi deputatların qərəzli çıxışlarına qarşı səsləndirib.
Qeyd edib ki, Monitorinq Komitəsinin rolu getdikcə daha vacib olur.
“Bu gün artıq müharibə haqqında düşünməməliyik. Azərbaycan və Ermənistan arasında sülh razılığı imzalanıb. İndi etimadın bərpası haqqında düşünməliyik. Yeni atmosfera yaratmaq haqqında düşünməliyik. Regionumuza Avropa Şurasının dəyərlərini gətirməliyik.
Ancaq təəssüf olsun ki, bəzi qrupların gərginliyi hələ də səngiməyib. Onlar vəziyyəti gərginləşdirməyə çalışırlar. Mövcud sülh prosesinə maneələr yaratmağa çalışırlar. Bu kontekstdə düşünürəm ki, c-b Jensen tərəfindən təqdim edilən münaqişə ilə bağlı məruzə müəyyən tarazlığa xidmət edir. Bu çox vacibdir. AŞPA-dakı həmkarlarımdan, dostlarımdan xahiş edirəm ki, belə tarazlığı qoruyub saxlasınlar. Tərəfkeşlikdən yayınsınlar. Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar”,- deyə S. Seyidov vurğulayıb.
Tehsil-press.az