İyunun 13-də Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2018-ci il 10 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən keçirilən tədbirlərdə ali təhsil müəssisələrinin müəllimləri, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlər iştirak ediblər.
Tədbirlərdə DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr siyasəti məsələlərində daha mükəmməl və şəffaf modelə nail olmaq məqsədilə mərkəz tərəfindən həyata keçirilən tədbirlərdən, qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklərdən danışıb. Diqqətə çatdırılıb ki, müvafiq sahə ilə bağlı ictimaiyyəti maarifləndirmək və zəruri məlumatlarla təmin etmək DİM-in əsas vəzifələrindəndir. B.Xəlilov, həmçinin dövlət qulluğuna qəbul üçün elan edilmiş müsahibələr, müsabiqə üçün dövlət orqanları tərəfindən təqdim olunan vakant vəzifələr, dövlət qulluğunda çalışmağın üstünlükləri və s. məsələlər barədə məlumat verib.
Sonra DİM-in dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov mərkəzin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər, dövlət qulluğu məsələləri üzrə sektor müdiri Kamil Baxşəliyev dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti və s. barədə təqdimatla çıxış ediblər.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hüseyn Şərifov