Dayanıqlı siyasi, hərbi və iqtisadi inkişaf Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı təxminən 30 il sonra bizə geri qaytardı. Düşmənin viran qoyduğu bu diyar nəhayət ki azaddır. Baxmayaraq ki, Azərbaycan Respublikası illərdir bu məsələnin tənzimlənməsi üçün bütün siyasi platformalarda öz xeyirxah niyyətini ortaya qoyurdu, lakin düşmən hər vəchlə torpaqlarımızın işğalına xüsusi don geydirərək öz məkrli siyasətindən geri qalmırdı. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul olunsa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər yerinə yetirilmirdi.
Keçən zaman ərzində Azərbaycan aparılan düzgün siyasət nəticəsində inkişaf mərhələsinə qədəm qoydu. Xarici qüvvələrin təzyiqlərinə baxmayaraq öz hədəfi istiqamətində inamla addımladı. Bütün bunlar XXI əsrin müdrik siyasətçisi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdi. Cənab Ali Baş Komandan İlham Əliyev seçdiyi hədəfin üzərinə doğru inamla, qətiyyətlə irəliləyən bir liderdir. 44 günlük şanlı qələbəmiz həm də bu qətiyyətin göstəricisidir. Böyük siyasi iradə və diplomatik səriştə öz sözünü Vətən müharibəsində də göstərdi. Hərbi əməliyyatların necə professionallıqla aparıldığı artıq dillər əzbəridir.
Aparılan təhlillərdən də aydın olur ki, Azərbaycan nəinki regionda, bütün dünyada özünü müstəqil dövlət kimi uğurlu inkişafla təsdiq edən ölkədir. Bunun təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu strategiyası dayanır. İlham Əliyev XXI əsrin ağır qlobal şərtlərində həmin inkişaf kursunu müasir dövrün çağırışlarına uyğun səmərəli şəkildə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir.
“Nazik sap üzərində yürüdülən xətt” (qeyd edək ki, bu ifadə ulu öndər Heydər Əiyevə məxsusdur) kimi səciyyələndirilən xarici siyasət kursumuza İlham ƏIiyev praktik məzmun gətirdi. Azərbaycan artıq qarşıdurma yox, əməkdaşlıq məkanına çevrildi. Bu əməkdaşlıqdan isə bütün region ölkələri faydalanacaq. Cənab Prezidentin Qarabağı cənnətə çevirəcəyik ifadəsi isə artıq özünü göstərməkdədir. Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması, Güləbird su elektrik stansiyasının açılışı və digər həyata keçiriləcək layihələr hədəflərin başlanğıcıdır. Qarabağın bərpası ilə bağlı olan layihələr təkcə daxili investisiyalar hesabına deyil, eyni zamanda xarici şirkətlər üçün də əlverişli şərait yaradacaq. Türkiyə və İrandan olan investorlar Qarabağın dirçəldilməsi üçün öz töhfələrini verməyə hazır olduqlarını bildirirlər. Artıq Macarıstan bankı tərəfindən bu layihələrə cəlb olunan macar şirkətləri üçün 100 milyon ABŞ dolları həcmində kredit ayrılmasına qərar verilib. Atılan addımlar dövlət başçımızın hadisələrə və gələcək strateji konsepsiyalara hesablanmış zərgər dəqiqliyi ilə yürürtdüyü siyasətin göstəricisidir.Bu da öz növbəsində gələcək inkişaf planları ilə bağlı bütün məsələlərə skeptik yanaşanların fikirlərini alt-üst edir.
Digər tərəfdən, hər bir siyasətçinin fəaliyyətinə dünya miqyasında qiymət verilməsi onun siyasi gücünü ortaya qoyur. Azərbaycan Prezidenti cənab İham Əliyevin fəaliyyəti haqqında dünyanın aparıcı dövlətlərinin rəhbərləri dəfələrlə fikir bildiriblər. Onların hər biri Azərbaycan Prezidentindən müdrik, uzaqgörən, əməkdaşlığa meyilli, etibarlı, və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs edirlər. Vətən müharibəsi gedişində müxtəlif xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələr onun analitik biliyinin hansı müstəvidə olduğunu bir daha sübut edir.

Hüseyn Hüseynli
Tarix üzrə fəlsəfə doktoru,
BDU-nun Tarix fakültəsinin müəllimi
Tarix üzrə fəlsəfə doktoru,
BDU-nun Tarix fakültəsinin müəllimi