Ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur. Müasir tariximizdə xüsusi rolu olan ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, konfrans, olimpiada, idman yarışları və bütün fakültələrdə “Heydər Əliyevin həyatı və fəaliyyəti” mövzusunda icmal mühazirə dərsləri təşkil edilib. Həmin silsilə tədbirlərin davamı olaraq mayın 7-də Heydər Əliyev məktəbində “Ümummilli lider - Heydər Əliyev” mövzusunda növbəti məşğələ keçirildi.
Rektor professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, yaxın günlərdə Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi tamam olur. Bu günü təkcə ölkə vətəndaşları deyil, bütün dünya azərbaycanlıları əziz bayram kimi təntənə ilə qeyd edir. Heydər Əliyev fenomeni Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Çünki Azərbaycanın 34 il dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün böyük işlər görüb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmiş, milli dövlətçiliyimizin ideya əsasını yaratmışdır. Rektor onu da diqqətə çatdırdı ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin xalqın təkidli tələbi ilə rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, nəticədə müasir və müstəqil Azərbaycan modelini yaratdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş. Son 15 ilin nailiyyətləri təsdiqləyir ki, ulu öndərin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident cənab İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Ümummilli lider - Heydər Əliyev”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Aytən Əsədova “Bütün ömrünü xalqına xidmətə həsr edən Dahi şəxsiyyət – Heydər Əliyev”, Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “İki prezidenti birləşdirən xanım – Zərifə”, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Məhəmməd Mustafazadə “Heydər Əliyev ocağında böyüyən prezident – İlham Əliyev”, Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Türkanə Babayeva “Heydər Əliyev ideyalarını təbliğ edən fond” mövzularında məruzə ilə çıxış etdilər. Bildirdilər ki, bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir.
Möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açan natiqlər, dahi öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırdılar.

SDU-nun Mətbuat Xidməti