Təhsil naziri: 2500 müəllim vaksindən imtina edib

Təhsil naziri: 2500 müəllim vaksindən imtina edib Bakı şəhəri üzrə 38 min 185 müəllimdən 24 min 502 nəfəri vaksin olunub.
Bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.
O bildirib ki, ümumilikdə 4 min 620 müəllim virusa yoluxub. 3400 nəfər müxtəlif səbəblərdən vaksin olunmayıb. 2500 müəllim isə vaksindən imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər