Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2020-ci il tarixli Sərəncamına əsasən İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycanda Fransız Suvenirləri Assosiyasiyasının rəsmi nümayəndəsi redaktor və tarixçi Alexander Wattinin təşəbbüsü ilə Fransada Əhmədiyyə Cəbrayılovun (Akhmed Michel) xatirəsinə həsr olunan 4 yeni poçt markası təsis edilib.
Dərc edilmiş ilk markalar əvvəlcə hədiyyə kimi Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə təqdim edilib. 02 iyul 2021-ci il tarixində Azərbaycan-Fransız Universitetində baş tutan tədbir çərçivəsində Azərbaycanda Fransız Suvenirləri Assosiyasiyasının rəsmi məktubu və markalar UFAZ-ın icraçı direktoru Vazeh Əskərov tərəfindən AR Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya təqdim edili. Digər nüsxələr Əhmədiyyə Cəbrayılovun Şəkidəki Ev Muzeyinə və Təhsil Nazirliyinə təqdim olunacağı nəzərdə tutulub.
Qeyd edək ki, dərc olunan poçt markaları nadir kolleksiyaya daxil edilir və Fransada 20 qramlıq məktub zərflərinin göndərilməsi üçün nəzərdə tutulur.
Məlumat: cənab Alexander Wattini Azərbaycan xalqının dostu adlandırmaq olar. 2018-ci ildən həyat yoldaşı və iki övladı ilə ölkəmizə gəlişindən bəri ölkmizdə sidq ürəklə çalışaraq Azərbaycan-Fransa arasında əlaqələrin inkişafına öz töhvəsini vermişdir.
Yazıçı, redaktor və tarixçi bir günü belə itirmədən ölkəmizə və paytaxtımıza bağlılığını ifadə etmək üçün vaxt itirmədən və Fransa-Rusiya İnstitutlarının onlayn jurnalında bir neçə məqalə yazmağa başlamışdır. Birinci məqalə ADR-in 100 illiyi ilə bağlı digəri isə “Azərbaycan mənim ən sevdiyim ölkə” adlı məqalələridir. Azərbaycanın I vitse prezidenti, birinci xanim Mehriban Əliyevanın gördüyü işlərdən ilhamlanaraq “Parlaq bir qadın” adlı üçüncü məqaləsi də eyni ildə dərc olunmuşdur. Alexandre sonuncu işlədiyi və iki ildən bəri hər gün çalışdığı mövzu daha geniş araşdırma tələb edir və o, "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabını işləyib hazırlayır.
Alexandrer Wattin 2019-cu ildə dərc edilmiş və UFAZ-da təqdimatı baş tutmuş Rovşən Agayevin “Uroki Fransuzkoqo” kitabının fransız dili versiyasının redaktoru olmuş və bu işdə öz tövsiyyələrini vermişdir.
18 iyun 2021-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan-Fransa arasında əlaqələrin inkişafına öz töhfəsini vermiş yazıçı, redaktor və tarixçi Alexander Wattinin fransız dilində nəşr olunmuş "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının təqdimat mərasimi keçirilib.
Tehsil-press.az