Malayziyanın nüfuzlu ali təhsil ocaqlarından “Teknologi Mara” Universitetində (UiTM) Azərbaycanın xarici siyasətinə və Cənubi Qafqaz regionunda baş verən cari proseslərə dair geniş təqdimat təşkil olunub.
Azərbaycanın Malayziyadakı səfirliyinin və UiTM-in birgə təşəbbüsü və təşkilatçılığı ilə virtual formatda keçirilmiş tədbirdə əsas məruzəçi qismində Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev çıxış edib. Tədbirə Malayziyanın aparıcı ictimai-siyasi dairələrindən, bu ölkədəki nüfuzlu ali təhsil müəssisələrindən və tədqiqat qurumlarından, müxtəlif ölkələrin diplomatik missiyalarından, eləcə də xarici ölkələrdən 70 nəfərdən çox iştirakçı qoşulub. Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev tədbirə fəxri qonaq qismində dəvət olunub. Həmçinin UiTM-in vitse-rektoru, professor Hajah Roziah Mohd Janor, bu təhsil müəssisəsinin müəllimi, professor Hadariah Bahron və beynəlxalq münasibətlər departamentinin direktoru Hajah Zainab Haji Mohd Noor panelçi olaraq iştirak ediblər.
“Cənubi Qafqazın yeni geosiyasəti və transregional əməkdaşlıqda Azərbaycanın rolu” mövzusunda məruzəsində BMTM sədri F.Şəfiyev əvvəlcə Azərbaycanın xarici siyasətinin nəzəri əsasları barədə vacib məqamları qeyd edib. Natiq xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi vəziyyət barədə ətraflı çıxış edib, cari dövrdə Azərbaycanın nəinki Cənubi Qafqaz, eləcə də müxtəlif regionlar arasında əməkdaşlığı təşviq etmək qüdrətində olan çoxşaxəli potensialı barədə danışıb. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən başlanan nəhəng bərpa və yenidənqurma proqramlarına diqqət çəkib. Azərbaycan və Ermənistan arasında sülh və uzlaşma prosesinin irəliləməsinə paralel olaraq ölkəmizdə şimal-cənub, şərq-qərb istiqamətində yayılan geniş və səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Məruzəçi bildirib ki, bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq əhəmiyyətli layihələrdə fəal və etibarlı tərəfdaş statusu qazanmış Azərbaycan beynəlxalq münasibətlərə yaxın gələcəkdə də öz töhfələrini davam etdirmək əzmindədir.
Tədbirin yekununda F.Şəfiyev iştirakçıları maraqlandıran sualları cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirlə əlaqədar fikirlərini bölüşən Azərbaycanın Malayziyadakı səfiri Q.Allahverdiyev Azərbaycanla Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyini bildirib. Nümunə kimi ötən illər ərzində Malayziya hökumətinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verdiyini, bu siyasi mövqeyin ölkəmizdə rəğbətlə qarşılandığını vurğulayıb.
Ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində dövlət qurumları ilə yanaşı, elm-təhsil müəssisələrinin, eləcə də müxtəlif təyinatlı tədqiqat qurumlarının əməkdaşlığının da vacibliyini nəzərə çatdıran diplomat Azərbaycan səfirliyi və UiTM-in birgə təşəbbüsü ilə təşkil olunmuş təqdimatın məhz bu niyyətə xidmət etdiyini, BMTM-in sədri F.Şəfiyevin geniş çıxışının ölkəmizin Malayziyadakı dostları üçün maarifləndirici töhfə olduğunu bildirib.
Tehsil-press.az