Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev vaksinasiya ilə bağlı BDU kollektivinə və təhsilalanlara müraciət edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində BDU-nun təşəbbüsü və müraciəti əsasında cari ilin 15-21 aprel və 19-21 may tarixlərində 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səyyar vaksinasiya məntəqəsi qurulub və əməkdaşların mütəşəkkil şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunması həyata keçirilib.
Bununla yanaşı, BDU-nun əməkdaşları, tələbələri, magistrantları və doktorantları mütəmadi olaraq ərazi və sahə poliklinikalarında vaksinasiya prosesində iştirak ediblər. BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün tədbirlər (məlumatlandırma, maarifləndirmə, əlaqələndirmə və s.) davam etdirilir.
Müraciətdə daha sonra deyilir:
“Həyata keçirilmiş tədbirlər nəticəsində BDU əməkdaşlarının böyük əksəriyyəti vaksinasiya olunub. Bir sıra əməkdaşlar isə COVID-19 xəstəliyinə yoluxaraq infeksiyaya qarşı antitel qazanıb.
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli Qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza ilə peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması, eyni zamanda, 2021-ci il 1 sentyabr tarixindən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.
Bütün bunları nəzərə alaraq BDU ailəsinin indiyədək peyvənd olunmayan hər bir üzvünü vaksinasiya prosesində daha fəal iştirak etməyə, müəllimlərimizi, inzibati-texniki heyətdə çalışan əməkdaşlarımızı və təhsilalanlarımızı qısa müddətdə vaksin olunmaqla COVID-19 pasportu əldə edərək ənənəvi təhsilə başlayacağımız günü birlikdə yaxınlaşdırmağa dəvət edirəm.
Unutmayaq ki, biz qalib ölkənin qalib vətəndaşlarıyıq!
Biz birlikdə güclüyük və bu birlik və həmrəylik COVID-19 infeksiyasına qarşı mübarizə cəbhəsində də əldə edəcəyimiz qələbənin əsas güc mənbəyidir!”.
Tehsil-press.az