Azərbaycan Respublikasının Təhsil İnstitutunun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birlikdə tələbələr üçün reallaşdırdığı təcrübə proqramı sentyabrın 15-dək davam edəcək.
ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında həyata keçirilən ikili diplom proqramında “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan şəxslər mayın 15-dən təcrübə proqramına qoşulublar.
Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzində təcrübə keçən tələbələr müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili prosesində iştirak edir, eyni zamanda, vətəndaşların müsabiqə ilə bağlı məlumatlandırılması, mərkəzə daxil olan müraciətlərinin yazılı və şifahi formada cavablandırılması, sosial media hesabları üçün müvafiq məzmunun hazırlanması işlərində kömək göstərirlər. Təcrübəçilərə müsabiqənin test imtahanı mərhələsində imtahan prosesini izləmək, prosesin necə tənzimləndiyini müşahidə etmək imkanı da verilir.
Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində təcrübə keçənlər əlavə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi sahəsi üzrə ixtisasartırma fəaliyyətinin rəsmi əsası və ixtisasartırma proqramlarının hazırlanmasına verilən tələblərlə, həmçinin sənədin məzmunu və ümumi strukturu ilə tanış olur, formalarla işin təşkili yollarını öyrənirlər. Bundan əlavə, oxu materiallarını dəyərləndirir, ixtisasartırma təlimlərinin təşkili yolları və ümumilikdə mərkəzin daimi və beynəlxalq layihələri ilə tanış olurlar.
Strateji təhsil tədqiqatları və inkişaf layihələrində təcrübə keçən şəxslər isə təcrübə müddətində müəyyən edilmiş tədqiqat mövzusu çərçivəsində müvafiq mövzu ilə əlaqəli ədəbiyyatların tədqiqi, dataların (məlumatların) toplanması və təhlili, nəticələrin və tövsiyələrin yazılması kimi fəaliyyətlərlə məşğul olurlar. Tələbələr, həmçinin müvafiq tədqiqatın nəticələrinin hesabat formatına gətirilməsi kimi işlərə də dəstək göstərəcəklər.
Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən gələcəkdə bir sıra təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Tehsil-press.az