Rusiya Federasiyasının Cənubi Ural Dövlət Universitetinin və “Ratio” Filosof Praktiklər Assosiasiyasının ev sahibliyi ilə fəlsəfi praktika üzrə ikinci beynəlxalq onlayn konfrans keçirilib. Tədbirdə Azərbaycanı AMEA-nın müxbir üzvü Könül Bünyadzadə təmsil edib.
K.Bünyadzadənin “Fəlsəfi məsləhətləşmədə sufizm metod olaraq” mövzusunda məruzəsi dinləyicilərin marağına səbəb olub. Bundan əlavə, K.Bünyadzadə professor Gerd B.Axenbaxın və fəlsəfi məsləhətləşmənin Amerikada tanınmış mütəxəssisi hesab edilən professor Lou Marinoffun kurs və dəyirmi masalarında da iştirak edib, müzakirələrə qoşulub.
Konfransdakı məqalələrin aktuallığını nəzərə alaraq təşkilat komitəsi ən maraqlı məruzələri “APPA's Journal”ın (Amerika Fəlsəfi Praktika Assosiasiyasının jurnalı) xüsusi sayında dərc etmək qərarını verib. K.Bünyadzadənin məqaləsi də onların sırasındadır.
Məlumat üçün bildirək ki, fəlsəfi praktika, yaxud fəlsəfi məsləhətləşmə - ilk dəfə XX əsrin 80-ci illərinin əvvəllərində psixologiyadan və pixoterapiyadan tamamilə ayrılan bu yeni cərəyan alman filosofu Gerd B.Axenbaxın yaratdığı Alman Fəlsəfi Praktika və Məsləhətləşmə Cəmiyyətində təcrübədən keçirilib. Bununla belə, fəlsəfi məktəb Avropada deyil, məhz ABŞ-da geniş vüsət qazanıb və ilk dəfə orada 1992-ci ildə Elliot D.Cohen, Pol Şarkey, Tomas Maqnell kimi filosoflar tərəfindən Milli Fəlsəfi Məsləhətləşmə Assosiasiyası yaradılıb. Hazırda belə assosiasiyalar, cəmiyyətlər artıq Avropanın bəzi ölkələrində, eləcə də Türkiyə və Rusiyada yaradılıb, bu sahədə geniş araşdırmalar aparılır, təcrübələr keçirilir, konfranslar təşkil edilir. Hələ 2020-ci ildə Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbir pandemiya ilə əlaqədar onlayn təşkil olunub.
Konfransı yeni fəlsəfi məktəbin yaradıcısı professor Gerd B.Axenbax açaraq müasir dövrdə fəlsəfi praktikanın əhəmiyyətini vurğulayıb. On gün davam edən konfrans ayrı-ayrı mühazirəçilərin çıxışları ilə yanaşı, həm də bu sahənin tanınmış mütəxəssislərinin onlayn kursları, müəyyən mövzular ətrafında keçirilən dəyirmi masalar və kitab təqdimatları ilə zəngin olub. 52 ölkədən 500 iştirakçının qatıldığı beynəlxalq tədbirdə tanınmış filosoflarla yanaşı, bu sahədə yeni fəaliyyətə başlayan gənc filosoflar da iştirak ediblər.
Tehsil-press.az