02 Oktyabr 2021-ci il. Avropa İttifaqının “Azərbaycanda peşə təhsili və təliminin modernləşdirilməsi” proqramı çərçivəsində maliyyələşdirilən layihələrdən daha birinin icrası başa çatır. Yerli İdarəetməyə Yardım İB tərəfindən həyata keçirilən bu layihə 3 ildən bir qədər artıq real icra müddətində Bərdə və ətraf regionlarda əsas peşə təlimi mərkəzlərindən biri olan Bərdə Peşə Liseyində peşə təliminin təşkilinin əsas aspektləri üzrə modernləşdirmə prosesini dəstəkləyib.
30 sentyabr 2021-ci il tarixdə liseyin rəhbər və müəllim heyəti, Avropa ittifaqının ölkə nümayəndəliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, layihə üzrə tərəfdaş təşkilatların təmsilçilərinin, Bərdə Peşə Liseyi ilə tərəfdaşlıq edən sahibkarların və icraçı komandanın iştirakı ilə layihənin onlayn bağlanış tədbiri keçirilib.
Tədbirin əsas məqsədi Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi çərçivəsində əldə edilmiş nailiyyətlərin və həmçinin Bərdə Peşə Liseyinin starteji inkişaf hədəflərinin təqdim olunması idi. Çıxışlarda layihə çərçivəsində BPL-də peşə təlimi sahəsində müasir idarəetmə alətlərinin tətbiqi, liseyin tədris proqramlarının əmək bazarı tələblərinə uyğunlaşdırılması və sahibkarlarla davamlı əməkdaşlıq platformalarının yaradılması, liseyin təlim infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib.
Avropa İttifaqının maliyyə dəstəyilə liseyin bir korpusunda təlim-tədris infrastrukturu tamamilə yenilənib. Praktiki təlim imkanlarının yaxşılaşdırılması məqsədilə 300 kv.m-də artıq sahədə 3 təlim emalatxanası – dülgər, çilingər və qaynaqçı emalatxanaları tamamilə yenidən qurulub, yeni alət və avadanlıqlarla təchiz edilərək liseyin istifadəsinə verilib. Hazırda kənd təsərrüfatı ixtisasları üzrə təcrübə sahəsi kimi 200 kv.m ərazidə müasir istixananın quraşdırılması başa çatmaq üzrədir. Bundan əlavə, 425 kv.m sahədə 10 sinif otağı, 2 ofis otağı və Karyera Mərkəzi üçün 2 otaq təmir edilib və mebel və avadanlıqlarla təchiz edilib.
Layihə tərəfdaşı olan Estoniyanın ``Jarvarmaa Kutsehariduskeskus`` peşə təhsili mərkəzi ilə bir sıra canlı və virtual görüşlər vasitəsilə aparılan təcrübə mübadiləsi peşə təlimi sahəsində Avropa təcrübələrinin pilot peşə təlimi mərkəzində tətbiqinə imkanlar yaradıb. Buraya BPL rəhbər heyətinin strateji planlaşdırma, özünümaliyyələşdirmə, özəl sektorun peşə təliminə cəlb edilməsi, keyfiyyət təminatı sistemlərinin qurulması kimi sahələrdə bacarıqlarının inkişaf etdirilməsi və müvafiq təşkilati sənədlərin hazırlanması da daxildir.
Peşə təliminin təşkilində biznes sektoru ilə əməkdaşlığın gücləndirilməsi layihənin vacib istiqamətlərindən biridir. Yerli sahibkarla məsləhətləşmələr əsasında Əmək Bazarı Ehtiyaclarının Qiymətləndirilməsi aparılıb və region iqtisadiyyatında əsas ehtiyac duyulan texniki peşə ixtisasları müəyyənləşdirilərək tədris proqramlarına daxil edilib. Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və AR Təhsil İnstitutu ilə əməkdaşlıq şəraitində bu yeni ixtisaslara uyğun tədris modulları hazırlanıb və hazırda müxtəlif peşə məktəblərində uğurla tətbiq olunur.
Yerli işəgötürənlərin peşə təhsilinin təşkilində iştirakı tələbələrinin real iş şəraitində təcrübə qazanmaları və iş əsaslı peşə təliminə cəlb edilmələri baxımından da əhəmiyyət daşıyır. Layihə konsorsiumunda iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyası ilə uğurlu əməkdaşlıq nəticəsində ``Usta yanında öyrənmə`` və ``Yay təcrübəsi`` kimi pilot proqramlarla Bərdə Peşə Liseyinin işəgötürənlərlə uğurlu əməkdaşlıq nümunələri yaradılıb.
Layihə çərçivəsində peşə təlimi mərkəzinin tələbə və məzunlarının əmək bazarına inteqrasiyasını asanlaşdırmağa və onlara karyera inkişafı ilə bağlı bacarıq və vərdişlərin aşılanmasına xidmət edəcək Karyera Mərkəzi qurulub.
Layihə ərzində BPL-in müəllim-usta heyəti müxtəlif təlim və seminarlar vasitəsilə yeni kurriulum üzrə tədris bacarıqlarını inkişaf etdirib, kənd təsərrüfatı sahəsində innovasiyalarla bağlı biliklərini artırıb, davamlı peşəkar inkişaf fəaliyyətlərinə cəlb ediliblər.
Layihənin icrası çətinliklərsiz ötüşməyib, xüsusilə COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər fəaliyyətlərin icrasında problemlər yaratsa da, ümumilikdə layihənin qarşıya qoyulmuş əsas vəzifələrə nail olduğu bildirilib.
Tədbirdə çıxış edən qonaqlar əldə edilmiş uğurların layihənin dayanıqlılığı baxımından əhəmiyyətinə diqqət çəkib və layihə çərçivəsində yaradılmış məhsulların və yeni təcrübələrin digər peşə təhsili mərkəzlərində də istifadə üçün faydalı olacağını vurğulayıb.
Tehsil-press.az