ADNSU-nun məzun şəhidinin şeir və xatirələrdən ibarət “Gözləyin dağlar gəlirəm” kitabının təqdimatı keçirilib

ADNSU-nun məzun şəhidinin şeir və xatirələrdən ibarət “Gözləyin dağlar gəlirəm” kitabının təqdimatı keçirilib Noyabrın 22-də Azİİ e-Kitab Evində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu, Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun şeir və xatrələrindən ibarət “Gözləyin dağlar gəlirəm” kitabının təqdimatı keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, şəhidimiz Şahgündüz Cabbarovun valideynləri, ailə üzvləri, müəllimləri və tələbə yoldaşları iştirak edib. Şəhidimizin atası Habil Cabbarov tərəfindən ərsəyə gələn kitabda Ş.Cabbarovun, eyni zamanda atasının yazdığı şeirlər, şəhidimiz haqqında dostlarının, yaxınlarının xatirələri yer alıb.
Şəhid Ş.Cabbarov haqqında film izlənildikdən sonra rektor Mustafa Babanlı çıxış edərək ordumuzun Vətən savaşında qazandığı əbədi qələbədən, torpaqlarımızın ərazi bötövlüyünün bərpa olunması uğurunda qəhrəman övladlarımızın göstərdiyi şücaətdən danışıb. O, qeyd edib ki, bütün şəhidlərimizin ruhu daima uca tutulacaq, onlar hər zaman bizim müqəddəs and yerimiz olacaqlar. Rektor onu da bildirib ki, universitet olaraq çalışacağıq ki, ADNSU-nun şəhid məzunlarının arzu və istəklərini gerçəkləşdirək, onların ruhu daima şad olsun.
Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova şəhidimizin, həmçinin onun şeirlərindən və xatirələrdən ibarət olan “Gözləyin dağlar gəlirəm” kitabının ərsəyə gəlməsi haqqında şeniş məlumat verdib. ADNSU-nun Neft və Qaz mühəndisliyi fakültəsinin dekanı, dosent Elman İsgəndərov, həmin fakültənin professoru İbrahim Həbibov və digər çıxışçılar şəhidimiz igidliyindən danışaraq onunla bağlı xoş xatirələrini bölüşüblər.
Şəhdimizin atası Habil Cabbarov, qardaşı Nemət Cabbarov göstərilən diqqətə və belə bir tədbirinin keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildiriblər. Onlar Vətən uğurunda şəhid olan Şahgündüzlə həm sağlığında, həm də indi fəxr etdiklərini, onunla hər zaman qürur duyduqlarını deyiblər.
Qeyd edək ki, ADNSU-nun Qaz-neft-mədən fakültəsinin məzunu olan Ş.Cabbarov ali təhsilini başa vurduqdan sonra SOCAR-da çalışıb. Vətən müharibəsi başlayanda digər igid oğullarımız kimi, o da könüllü olaraq cəbhəyə yollanıb. 2020-ci il oktyabrın 1-dən etibarən döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunmasında uğurunda gedən döyüşlərdə iştirak edib. 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Vətənin ərazi bütövlüyünün bərpa olunlmasında göstərdiyi şücaətə görə ölümündən sonra dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

ADNSU-nun məzun şəhidinin şeir və xatirələrdən ibarət “Gözləyin dağlar gəlirəm” kitabının təqdimatı keçirilib

ADNSU-nun məzun şəhidinin şeir və xatirələrdən ibarət “Gözləyin dağlar gəlirəm” kitabının təqdimatı keçirilib

Tehsil-press.az


Oxşar xəbərlər