Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar seminar keçirilib.
Tədbiri açan Azərbaycan dili və pedaqogika kafedrasının müəllimi Xəyalə Rəsulzadə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlər keçirildiyini, bugünkü seminarın da həmin tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. X.Rəsulzadə böyük şairin irsinin öyrənilməsi, araşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görülən genişmiqyaslı işlərdən danışıb, hazırda ölkə rəhbərinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər planı haqqında ətraflı məlumat verib.
Tədbirdə Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri çıxış ediblər.
Qeyd edək ki, seminar universitetin Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə reallaşıb.
Tehsil-press.az