UNEC müəllimlərinin tədqiqatı beynəlxalq jurnalda dərc olunub

UNEC müəllimlərinin tədqiqatı beynəlxalq jurnalda dərc olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” mərkəzinin dekanı dosent Aida Quliyeva və baş müəllim Ülviyyə Rzayevanın müəllifi olduqları “Kiçik və orta müəssisələrin intellektual kapitalının və biznes effektivliyinin riyazi modelləşdirilməsi” adlı məqalə “SCOPUS” bazasına daxil olan jurnalda (“Mathematics”) dərc edilib.
Məqalə intellektual kapitalın elementlərinin riyazi modelləşdirilməsi vasitəsilə insan, struktur və müştəri kapitallarının kiçik və orta müəssisələrinin fəaliyyətinə təsirini yoxlamaq məqsədi daşıyır. İntellektual kapital resursa əsaslanan baxış nəzəriyyəsi ilə qiymətləndirilir. Tədqiqat MDB ölkələrinin kiçik və orta müəssisələrinin nümayəndələri ilə aparılmış sorğunun nəticələrinə əsaslanıb. İntellektual kapitalın müəssisənin səmərəliliyinə təsirinin yoxlanılması üçün riyazi modelləşdirmə yanaşmasından, eləcə də SPSS proqram paketindən istifadə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər