AzMİU-nun 2300 tələbəsi dövlət və qeyri-dövlət qurumlarında istehsalat təcrübəsi keçəcək

AzMİU-nun 2300 tələbəsi dövlət və qeyri-dövlət qurumlarında istehsalat təcrübəsi keçəcək Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) buraxılış ili tələbələrinin 2021-2022-ci tədris ilinin yaz semestri üçün istehsalat təcrübəsi başlanıb.
İstehsalat təcrübəsi 14 həftə davam edəcək və mayın 25-də başa çatacaq. AzMİU-nun 2300 tələbəsi 100-ə yaxın dövlət və qeyri-dövlət qurumunda istehsalat təcrübəsi keçəcək. Fakültələr üzrə təcrübə rəhbərləri tələbələrin təcrübə keçəcəyi müəssisələrdə olur, müəssisə rəhbərləri ilə görüşür, təcrübələrin səmərəli keçirilməsi üçün birgə fəaliyyətin vacib istiqamətlərini müzakirə edirlər.
Ötən gün isə AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosent əvəzi Emil Qafarov Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətində və “İzotop” xüsusi kombinatında rəhbər şəxslər və aparıcı mütəxəssislərlə görüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər