Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tərəfdaşlarından biri olan “Holcim Azərbaycan” şirkətinin nümayəndələri Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan tələbələri üçün təqdimat keçiriblər.
Tədbirdə Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva şirkətlə əlaqələrindən danışıb. Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova isə universitetin müəllimlərinin “Holcim Awards” müsabiqəsində iştirakından söz açıb və tələbələri yeni müsabiqədə aktiv iştirak etməyə çağırıb.
“Holсim Azərbaycan”ın kommersiya direktoru Sergiu Stoicov tələbələrə şirkət və onun fəaliyyəti, məhsulları haqqında, dünya, eləcə də ölkə bazarında şirkətin yeri ilə bağlı lazımi məlumatları çatdırıb. Daha sonra qonaq “Holсim Azərbaycan”ın yeni yaradılmış İnnovasiya Mərkəzi üçün “Ən yaxşı dizayn işi” müsabiqəsi, onun şərtləri haqqında danışıb. Bildirib ki, layihə 2D və ya 3D formatında təqdim edilməlidir. Şirkət nümayəndəsi tələbələrin diqqətinə onu da çatdırıb ki, müsabiqədə iştirak üçün müraciət edən dizaynerlərin sayı və adları müəyyən olunduqdan sonra onlar həmin məkana ekskursiya edəcəklər.
Müsabiqənin ümumi mükafat fondu 2000 manat nəzərdə tutulur. Müsabiqəyə qatılmaq üçün dizaynerlər yaradılmış forma vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Tələbələr əlavə sual və məlumat üçün Strateji planlaşdırma şöbəsinə müraciət edə bilərlər.
Tehsil-press.az