Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu elmi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində aparılan tədqiqatlar, yeni metodologiyanın tətbiq edilməsi və elmi işlərin nəticələrinin qiymətləndirilməsi mövzusunda tədbir keçirib. 27 Mart - Elm Gününə həsr olunan tədbirdə “Şuşa Bəyannaməsi beynəlxalq hüquq normalarının təminatçısı kimi” və “İşğaldan azad edilmiş ərazilərdə strateji əhəmiyyətli çayların mövcud vəziyyətinin təhlili, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yeni konseptual yanaşmanın formalaşdırılması” mövzularında da müzakirələr aparılıb.
Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru hüquq elmləri doktoru, professor Aytən Mustafazadə diqqətə çatdırıb ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Qarabağa tarixi səfəri zamanı qədim Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Hər iki ölkə və bütövlükdə Qafqaz üçün böyük hüquqi dəyər kəsb edən Şuşa Bəyannaməsi ikitərəfli münasibətlərin ən yüksək həddə çatdırılacağını özündə ehtiva edir.
Tədbirdə beynəlxalq hüquqa əsaslanan bu sənədin təhlükəsizlik cəhətdən əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, belə bir sənədin iki qardaş dövlət arasında imzalanması nəinki onlar üçün, hətta region üçün və regionun təhlükəsizliyini, inkişafını sığortalayaraq beynəlxalq hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan Şuşa Bəyannaməsi regionun gələcək inkişafının, xüsusilə də işğalçılardan azad edilmiş Qarabağın dirçəlişi naminə hüquqi əsaslarını qoyaraq gələcək tərəqqinin qarantı olduğunu əks etdirir: “Bəyannamə təkcə bu regionda yerləşən dövlətlərin deyil, həmçinin Cənubi Qafqazın dinc inkişafında maraqlı olan dövlətlərin böyük marağına səbəb olub. Şuşa Bəyannaməsinin başlıca strateji məqsədi regionda sülh dialoqu və bərabərhüquqlu əməkdaşlıqdır”.
Tədbirdə Azərbaycan çaylarının, su ehtiyatlarının qorunması, bərpası, eləcə də onların beynəlxalq sənədlərə uyğun qiymətləndirilməsi və məsuliyyət məsələsinin təhlilinə toxunulub, geniş müzakirələr aparılıb. Təxminən 30 il erməni işğalı altında qalan, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində azad edilən regionlarımızda Azərbaycana vurulan ekoloji ziyan və su hövzələrinin quruması problemindən də bəhs olunub. Qeyd edilib ki, Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl ekoloji soyqırımı törədib, Azərbaycan təbiətinə sağalmaz ziyan vurub. Bu ərazilərdə alp çəmənlikləri dəyişdirilib, flora və fauna aləminin təbii mühiti məhv edilib, çaylara zəhərli kimyəvi tullantılar buraxılıb. Nəticədə regionda təbii ekosistemin tarazlığı pozulub.
Tehsil-press.az