AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Şuşa İli”nə həsr olunan “Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda seminar keçirilib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə Şuşa Bəyannaməsinin siyasi və fəlsəfi aspektlərinə, beynəlxalq aləmin bu məsələyə yanaşmasına toxunaraq, 3+3 anlayışının siyasi faydalılığının gələcək perspektivlərini qeyd edib. O, həmçinin regionda qurulan yeni münasibətlərdən, Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb, bölgədə yaranan yeni reallıqları təhlil edib. “Gedən bu proseslərdə bir alim kimi yaranmış yeni reallıqları fəlsəfi və sosioloji nöqteyi-nəzərdən diqqətdə saxlamalıyıq”, - deyə İlham Məmmədzadə bildirib.
Professor açılan kommunikasiyaların regionu sülhə doğru istiqamətləndirdiyini, bunun Cənubi Qafqazda yeni mədəniyyətin formalaşmasına xidmət etdiyini, Şuşa Bəyannaməsinin gələcək beynəlxalq münasibətlərdə bir açar rolunu oynadığını vurğulayıb.
Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan fəlsəfə elmləri doktoru Füzuli Qurbanov sənədin tarixi, siyasi və geosiyasi məna kəsb etdiyini bildirib.
İnstitutun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli çıxışını “Şuşa Bəyannaməsinə necə gəldik?” sualı ətrafında quraraq tarixi nöqteyi-nəzərdən təhlil aparıb.
Sonra institutun digər əməkdaşları da mövzu ətrafında geniş və əhatəli çıxış edərək fikirlərini bildiriblər.
Tehsil-press.az