Nigeriyada məscidə hücum edən silahlılar üç nəfəri qətlə yetirib

Nigeriyada məscidə hücum edən silahlılar üç nəfəri qətlə yetirib Təxminən 50 nəfərlik silahlı qrup Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatının kəndlərindən birindəki məscidə hücum edib.
Bu barədə Nigeriyanın “Daily Trust” qəzeti hadisə şahidlərinə istinadla məlumat yayıb.
Kənd sakinlərinin sözlərinə görə, hücum dünən iftar vaxtı baş verib. Terrorçular məscidə soxularaq üç nəfəri öldürüblər. Silahlı şəxslər, həmçinin bir neçə sakini oğurlayıblar.
Ştatın polis idarəsinin mətbuat katibi Usman Abdullahi hücum faktını təsdiqləyib, lakin baş verənlərin digər təfərrüatlarını açıqlamayıb.

Tehsil-press.az


Oxşar xəbərlər