AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsini icra edən filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Kolumbiyada keçirilən Beynəlxalq Latın Amerikası Sosial və Bəşəri Elmlər konfransında iştirak edib.
Konfransda Xumar Ələkbərovanın “Müsəlman ərəb qadınların səsini təmsil edən yazıçı Səlva Bəkr” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Şərqşünas alim misirli yazıçının əsərləri əsasında bu gün əksər müsəlman qadınların ailədə, cəmiyyətdə üzləşdikləri problemləri, qarşılarına çəkilən süni sədləri, haqlarının tapdalanmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Məruzədə misirli yazıçının bütün yaradıcılığı boyu izlənilən cəmiyyəti islah etmək çağırışları xüsusi vurğulanıb.
Tehsil-press.az